Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir. Binanın layihə üzrə işlərini tamamlamayan MTK rəhbərliyi hər dəfə qanunsuz əməlləri ilə sakinlərin haqlı şikayətlərinə səbəb olur. Hazırkı vəziyyət isə daha kəskin xarakter alıb. İllərdir başlarına gələn bəladan xilas ola bilməyən sakinlər bununla bağlı media vasitəsilə ictimaiyyətə və əlaqədar qurumlara növbəti dəfə məlumat veriblər.
Daha öncə də bildirdiyimiz kimi, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi binanın həyətində qanunsuz tikililərin sökülməsi, qanunsuz hərəkətlərin dayandırılması və sakinlərə qarşı törədilən qanunsuz manelərin aradan qaldırılması barədə bina yaşayışçılarının xeyrinə qərarlar çıxarmasına baxmayaraq, Ali Məhkəmənin hakimi Babayev Zəki Baba oğlu bu işi guya bəzi araşdırma və dəqiqləşdirmələrə zərurət yaranması səbəbindən geri qaytarıb. Bu da sakinlərin ciddi narazılığı ilə qarşılanıb. Çünki bu addım MTK rəhbərliyinin sakinlərə qarşı əl-qolunu açıb. Görəsən, Ali Məhkəmə hakimi dəlil olaraq, hansı araşdırmalara əsaslanıb? Söhbət bundan gedir ki, MTK-nın təsisçisi Babək İsmayılov həyəti bərpa etmək və layihəni sona çatdırmaq bəhanəsi ilə qonşu "Caspian” MTK-nın müvafiq dövlət qurumunda təsdiqi olmayan "layihəsi” çərçivəsində avtomobil dayanacağına yol açmaq üçün təhvil verilən "Pilot Residence” yaşayış kompleksinin binasının 1-ci blokunun yaxınlığında qanunsuz qazıntı işləri aparmaqla yeraltı keçid inşa etmək üçün əlavə giriş düzəltmək istəyir. Bununla da o, daha çox nəqliyyat vasitəsinin parklanması üçün yerlər əldə edib qazancını artırmaq arzusundadır. Sakinlərdən xəbər tutduq ki, hazırda fəaliyyətdə olan yeraltı qarajın bir hissəsi Babək İsmayılovun qeyri-rəsmi "rent-a-car” biznesinə xidmət edir. Hər iki MTK layihələrinin pilot olması səbəbindən işlərin Səbail RİH-in rəyinin olduğu halda həyata keçirilməsi mümkündür. Söhbət qanunazidd olmayan və 2017-ci ildə təsdiqlənən layihə əsasında fəaliyyətlərdən gedir. Hazırda "Caspian” MTK FHN-nin Dövlət Ekspertiza Baş İdarəsi (DEBİ) tərəfindən verilən rəy və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təsdiqi olmadan ona istinad etdikləri yeganə sənəddir. Bu isə 2023-cü il tarixində qüvvədən düşüb. Bir sözlə, "Caspian” MTK-nın layihəsinin sənədləşdirilməsi üçün nəinki DEBİ-nin təsdiqi tələb olunur, həmçinin TTNDA-nın da təsdiqi zəruridir. Odur ki, mövcud qanunvericiliyə əsaslanaraq aidiyyəti dövlət qurumları - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, Səbail RİH məsuliyyəti üzərinə götürməkdən imtina edirlər.
Bunun ardınca, "Pilot Residence” MTK da fürsətdən istifadə edib, hər addıma əl ataraq yalanlar, bəzən isə hədə-qorxu ilə sakinlərdən imza toplamağa başlayıblar. Sakinlər əminliyini bildirir ki, MTK rəhbərliyinin bu qanunsuz niyyəti də baş tutmayacaq. Şikayətçilərin haqlı tələbi budur ki, qonşuluqdakı "Caspian” MTK öz binasının infrastruktur, o cümlədən qarajlarını sırf özünə aid olan hissədə qanunamüvafiq şəkildə tamamlasın.
Bugünədək sonsuz sayda vədlər verən MTK sahibi indi də iddia edir ki, 2-3 ay müddətində həyəti bərpa edib layihəni sona çatdırdıqdan sonra guya ki, binaya xidmət etməkdən imtina edəcək, işləri sakinlərin ixtiyarına buraxacaq. Lakin bu vədlərə artıq kimsə inanmır. Mənzil Məcəlləsinə əsasən, yaşayış binası dövlət qeydiyyatından keçdiyi andan sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis etməklə hüquqi şəxs qismində idarəçiliyi ələ ala bilərlər.
Bütün yuxarıda deyilənlər təqdim olunan videolarda da öz əksini tapır. Buradan göründüyü kimi hazırda binanın 2-ci mərtəbəsində tibbi xidmətlərə aid olan lisenziyasız özəl şirkət fəaliyyət göstərir. Və bir neçə aydır ki, sözügedən şirkət qanunsuz olaraq sakinlərin ümumi istifadəsində olan liftdən yararlanır. Məsələ sakinlər tərəfindən qaldırılandan sonra həmin özəl şirkətə 3 həftədən çox müddətə ayrıca giriş pilləkəni düzəldə bilməyən MTK rəhbərliyinin 3 ay möhlətə dediyi layihə üzrə işləri tamamlayaraq başa çatdıracağı mümkünsüzdür.

Haqqında bəhs olunan qanunsuzluqları, MTK tərəfindən yaradılan süni çətinlikləri nəzərə alaraq, bəzi sakinlər binanın aylıq xidmət haqqının ödənilməsini dayandırmışdılar. Bununla yanaşı, baxmayaraq ki, bütün sakinlər ayrı-ayrılıqda kommunal xidmətlərdən (su, işıq, qaz) istifadəyə görə mütəmadi olaraq ödənişlər edirlər, MTK işçiləri binanın aylıq xidmət haqqını ödəməyən sakinlərin su xəttini özbaşına kəsmişdilər. Lakin "Azərsu” ASC tərəfindən MTK-ya ciddi xəbərdarlıq edilərək, dərhal sakinlərin su xəttinin bərpası tələbi qoyuldu və suyun verilişi bərpa edildi. Bu və ya digər hallar MTK-nın sırf qazanmaq niyyətinin ön planda olduğunu təsdiq edir və hədəfinə çatmaq üçün ağlasığmaz, qanunsuz hərəkətlərə gedir.
Sakinlər də bildirir ki, mövcud qanunvericiliyə əsasən, layihə aidiyyəti qurumlarda təsdiqləndikdən sonra reallaşdırılmalıdır. MTK isə öz qanunsuz niyyətlərini həyata keçirmək üçün bütün mümkün variantlardan istifadə etməklə günümüzədək məhkəmə mübahisəsini uzadır. Sakinlər əminliyini bildirir ki, qanunsuz və layihədənkənar istənilən addımların qarşısını almaq üçün ölkə başçısı cənab İlham Əliyevə, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və aidiyyəti dövlət qurumlarına üz tutaraq qanuni və ədalətli mübarizələrindən geri çəkilməyəcəklər.
Gördüyünüz kimi, MTK məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atır, sakinlərin normal yaşayışına süni əngəllər törədir. MTK və bina sakinləri arasındakı qalmaqalın bitməsinin yeganə yolu isə əlbəttə ki, bina idarəçiliyinin qanunauyğun şəkildə sakinlərin ixtiyarına verilməsidir.
Daha ətraflı sizə təqdim etdiyimiz materiallarda:



OXŞAR XƏBƏRLƏR

Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55