“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”
Həkim Günel Məmmədlinin üç il öncə qızıma etdiyi uğursuz əməliyyat onun qulağında çürüməyə səbəb oldu”.
Şikayətçinin sözlərinə görə, 7 yaşlı övladı anadangəlmə “cup ear” xəstəliyindən (red: qulağın üst hissəsinin qatlanaraq və ya daralaraq həmin nahiyə boşluğuna doğru qatlanması ilə xarakterizə olunan qulaq anomaliyasıdır) əziyyət çəkdiyi üçün əməliyyata üz tutublar: “Əməliyyatı 3 il öncə etdirmişik. Bu prosesdən sonra sarğı açılanda qulaqda nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəldi. Qızımın vəziyyəti getdikcə daha da pisləşirdi, həkim isə bizə bunun düzələcəyini deyirdi. Lakin əməliyyat elə lap əvvəldən düzgün icra edilmədi. Belə ki, onun qulağında qan dövranı artıq pozuldu və üst hissəsi çürüdü. Bundan sonra eyni həkim yerli keyitmə ilə tikiş atdı. Lakin qulağın forması dəyişdi”.
Qulağın əməliyyatdan öncəki və sonrakı halı:

Valideyn deyir ki, otolorinqoloqdan dəymiş ziyanı tələb etsə də, o, buna məhəl qoymayıb: “Ümumilikdə bu əməliyyata 2 min manata yaxın pul ödəmişəm. Mənə dedi ki, “sizə bir qəpik də verməyəcəyəm. İstədiyiniz yerə şikayət edin”. Bundan sonra psixoloji sarsıntılar keçirdim və heç bir yerə müraciət etmədim. Hər ay fərqli həkim qəbuluna getsək də, çarəsinin Türkiyədə olduğu bildirildi. Və orada bu əməliyyatın məbləği 20 min manatdır. Buna isə gücümüz çatmaz. Həmin həkim məsuliyyət daşımalıdır ki, azyaşlı qızımı pis vəziyyətə salıb. Mənim müvafiq qurumlara müraciətimdən sonra qarşı tərəf pul təklif etdi, bunu qəbul etmədim. Lakin o, hələ də bu əməliyyatın ona aid olmadığını deyir”.
Ana, həmçinin əlavə edib ki, həkim əməliyyat zamanı vətəndaşa heç bir tibbi sənəd təqdim etməyib: “Əməliyyatla bağlı əlimizdə heç bir sənəd yoxdur. Ödəniş də həmçinin nağd formada həyata keçirilib. Ancaq biz xəstəxanadan analizləri ala bildik. İstəyirəm ki, hər kəs lisenziyası belə olmayan bu həkimi tanısın. Biz isə zərərin bütünlüklə qarşılanmasını tələb edirik”.
.jpg)
Qarşı tərəfin mövqeyini öyrənmək üçün həkimlə əlaqə saxladıq. Günel Məmmədli saytımıza açıqlamasında dedi ki, sözügedən əməliyyat başqa həkim tərəfindən icra olunub: “Əməliyyatdan öncəki şəkil 2018-ci ilə aiddir. Biz azyaşlı uşaqlara əməliyyat etmirik, bu proses yalnız 5 yaşdan sonra mümkündür. Bu məlumat yanlışdır, iddialar böhtan xarakterlidir. Bizdə əməliyyat keçirən pasiyentlərin əvvəl və sonrakı şəkilləri olur”.
(1).jpg)
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, vətəndaşın 7 yaşlı qız övladının 2022-ci ildə “Həyat Estetik Klinikası” adlı özəl tibb müəssisəsində həkim Günel Məmmədli tərəfindən göstərilmiş tibbi xidmətlə bağlı Səhiyyə Nazirliyinə ünvanladığı müraciətə Nazirliyin Analitik Ekspertiza Mərkəzində baxılıb: “Müraciətə əsasən vətəndaşa 26 may tarixində cavab təqdim edilib. Vətəndaşa məlumat verilib ki, müraciətdə qeyd olunan tibb müəssisəsinin hazırda fəaliyyət göstərməməsi, habelə iddia edilən faktın təqribən 3 il əvvəl baş verməsi səbəbindən mövcud qanunvericilik çərçivəsində Mərkəz tərəfindən nəzarət tədbirinin həyata keçirilməsi mümkün olmayıb. Eyni zamanda bildirilib ki, müraciətdə qeyd olunan tibbi xidmətin həkim Günel Məmmədli tərəfindən göstərilməsini təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilmədiyindən, həkim barəsində hüquqi baxımdan nəzarət tədbirinin aparılmasının qanuni əsası yoxdur.
Qeyd edək ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin tarifləri pasiyentlə tibb müəssisəsi arasında qarşılıqlı razılaşma yolu ilə müəyyənləşdirilir və bu xidmətlərin hüquqi əsasları tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
Bununla yanaşı, müraciətdə göstərilən məsələ eyni zamanda mülki xarakter daşıdığından, uşağın sağlamlıq vəziyyəti ilə bağlı iddianın məhkəmə-tibbi ekspertiza yolu ilə qiymətləndirilməsi və göstərilən xidmətə görə ödənilmiş məbləğin geri qaytarılması məsələsinin həlli Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil. Bu səbəbdən vətəndaşa izah edilib ki, o, müvafiq sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər vətəndaşlar özəl tibb müəssisələrində və ya apteklərdə qanunsuz fəaliyyət və ya şübhəli hallarla rastlaşsalar, Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər müvafiq qanunvericiliyə uyğun şəkildə araşdırılır və zərurət yaranarsa, aidiyyəti müəssisələrdə plandankənar yoxlamalar aparılır”.
OXŞAR XƏBƏRLƏR

Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
Erkən nikah ana ölümünə yol açır - Deputat həyəcan təbili çaldı
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏR
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12