Model Aytən Muradovanın bədəni çürüyür
30 yaşlı model Aytən Muradova plastik cərrah Saleh Əsgərlinin etdiyi liposaksiya əməliyyatından sonra bədəninin çürüdüyünü iddia edir.
"Ötən il noyabrın 8-də əməliyyat olundum, ayın 10-u isə xəstəxanadan çıxdım. Dost-tanışlarımın əksəriyyətinin bədən şəkilləndirmə əməliyyatı etdiklərinə görə bilirəm ki, ağrı 3-4 gündən sonra azalır. Mən isə iki ay yarım ayağa qalxa bilmədim. Əməliyyatdan sonra bədənimdə əmələ gələn ləkələrin səbəbini həkimdən soruşdum, o, bunun korsetdən qaynaqlandığını dedi. Halbuki yalan danışırdı. Həkimlə bağlı əlimdə kifayət qədər material var. Onun əməliyyat etdiyi digər xəstələr də mənə yazıblar.
Anam rəhmətə gedəndən sonra depressiyaya düşdüm, kökəldim. Heç cür arıqlaya bilmirdim. Ona görə, bədən şəkilləndirmə əməliyyatı etdirməyə qərar verdim. Həkimi əvvəlcədən araşdırmamışdım, səhifəsinə baxdım ki, möhtəşəm şəkillər paylaşılıb. Düşündüm, cavan həkimdir, daha müasir, incə edər. Həkimin haqqına girmək istəmirəm, həqiqətən belim incəlib. Amma lənət olsun belə incəlməyə ki, bədənim bu vəziyyətdədir.
Bu vaxtacan model kimi fəaliyyət göstərirdim, amma bədənimin bu vəziyyətinə görə indi işimi davam etdirə bilmirəm. Bədənimdə ləkələr var, çürümə verib. Həkimə demişdim ki, bədənim pis vəziyyətdədir, şəkilləri bütün sosial şəbəkələrdə yayacağam. Onda mənə dedi ki, gəl sənin pulunu qaytarım, get müalicə al. Başqa həkimin yanına getdim və 2800 manat ödədim.
Bədənimi sildirdim, ancaq ondan da xeyir görmədim. Dedilər, xeyri olmayacaq, çünki dəri çürüməyə gedir, piy qatının hamısı çəkilib. Burun əməliyyatı keçirən adamam, niyə ondan şikayət etmirəm? 2011-ci ildə 638 balla İncəsənət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşam. Mən heç kimi şantaj etmirəm, haqqımı tələb edirəm".
Aytən Muradova həkim Saleh Ələsgərlinin lisenziyasının olmadığını da deyir: "Saleh həkimlə danışıqlarımın səsyazısı məndə var. O mənə demişdi ki, başqa həkimə müraciət etməyim, hər şey düzələcək. Saleh Ələsgərli hazırda hamıya "işləmirəm" deyir, ancaq gizli şəkildə yenə də fəaliyyətini davam etdirir. Əməliyyatdan sonra hər gün bədənimin şəkillərini çəkmişəm. Vəziyyətimi düzəltmək üçün getdiyim iki həkim məni qəbul etmədi. Dedilər, belə həkimin xəstəsi bizə lazım deyil. İkinci əməliyyat üçün məndən Bakıda 12 min 500 manat , Moskvada isə 18 min dollar istəyirlər. Amma onlar da bədənimdəki izlərin qalacağını deyirlər. Rəsmi qaydada şikayətimi bildirmişəm".
İddialarla bağlı adıçəkilən plastik cərrah Saleh Ələsgərli açıqlamasında yayılan görüntülərin yeni olmadığını, əməliyyatdan sonra çəkildiyini bildirib:
"Bu, əməliyyatdan sonra ola bilən fəsadlardır. Liposaksiya əməliyyatından sonra bədəndə bu cür ləkələr yaranır. Hər həkimin başına gələ biləcək hadisədir. Əməliyyatdan sonra korreksiya olunmalı idi, amma xanım gəlmədi. Ona korreksiyanın vacib olduğu bildirilsə də, bundan imtina edib. Bu əməliyyat altı ay öncə olunub. Korreksiya olunsa, fəsadları aradan qaldırmaq olar, amma pasiyent bunu istəmir. Ödənişi qaytarmışıq. Əməliyyatın qiyməti 4000 manat olub, amma bizə əlavə xərclərin olduğunu dedi və buna görə, ona 5000 manat verilib".
Həkimin iddiasına görə, Aytən Muradova əməliyyatın nəticəsindən çox razı olduğunu deyib: "Mən onun indi əl atdıqlarını düzgün qiymətləndirmirəm. Nə etmək istəyini başa düşmürəm. Təklif etdim ki, hansı həkimə əməliyyat etdirmək istəyirsənsə, mən ödəniş məsələsi ilə bağlı onunla danışacağam. Lakin qəbul etmədi, ondan sonra bildim ki, məni şantaj edir, pul almaq istəyir. Paylaşılan şəkillər əməliyyatdan dərhal sonra çəkilən şəkillərdir. Ona görə, belə kobud görünür. Şəkillər məndə də var, bu qədər deyil.
Zərərçəkmiş şəxs kimi ona ödənişi qaytarılıb. Keloid çapıqlardır, o da korreksiya olana bilir. Sadəcə, pulun rahatlıqla qaytarıldığını görüb, təkrar pul istəyir. Pulu ona insanlıq xətrinə qaytarmışıq. Psixoloji baxımdan həssas biridir, buna görə, bu addımı atmışıq. Amma mənim haqqımda əsassız paylaşımlar edilir. Mən məhkəməyə müraciət edəcəyəm".
OXŞAR XƏBƏRLƏR

Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12