Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
“AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işinin maraqlı təfərrüatları məlum olub. Ülviyyə İlyasova cərrahi əməliyyat zamanı Səbirə Vəliyevanın ölümünə səbəb olmaqda ittiham olunur.
Onun barəsində istintaq və məhkəmə dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hadisə harada baş verib?
Ülviyyə İlyasovanın əməliyyatı evinin mətbəxində etməsi haqda məlumatlar yayılmışdı. Lakin istintaq zamanı müəyyən edilib ki, İlyasova hadisədən cəmi iki ay əvvəl icarəyə qeyri-yaşayış sahəsi götürübmüş. Əməliyyatı da orada edib. Əməliyyatdan sonra Səbirəni öz evinə gətirib ki, nəzarətdə saxlaya bilsin. Səbirənin səhhəti Ülviyyə İlyasovanın evində ağırlaşıb. Təcili yardım gələndə isə Səbirənin vəfat etdiyi məlum olub.
Mərhumla Ülviyyə İlyasovanın münasibətləri necə olub?
Səbirə Ülviyyə İlyasovanın keçmiş ərinin qardaşının arvadıdır. Ülviyyə İlyasova ərindən boşansa da, münasibətləri normal olub və görüşürmüşlər. Keçmiş əri ilə münasibətləri yaxşı olduğu üçün Səbirə ilə də əlaqələri yaxşı imiş. Ülviyyə İlyasova dindirilən zaman mərhumla münasibətlərinin yaxşı olduğunu, bir-birlərinə bacı deyə müraciət etdiklərini bildirib.
Ülviyyə İlyasova kimdir?
Məlumata görə, Ülviyyə İlyasova 2001-ci ildə ali təhsilin bakalavriat səviyyəsində imtahan verən zaman qəbul imtahanında 700 ballıq şkala üzrə 142 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul ola bilməyib. Amma İlyasova öz ifadəsində deyib ki, 2000-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində pedaqoji psixologiya ixtisası üzrə təhsil alıb. Həmin universitet sonradan ləğv edilib.
İlyasova heç bir peşə sahibi olmayıb. Bir müddət kosmetoloq kimi çalışıb. Sonra da gözəllik salonlarından birində lazer ustası kimi işləyib. Cərrahi əməliyyata başlayana qədər isə şirkətlərdən birində katibə kimi çalışıb.
Ülviyyə İlyasova bildirib ki, estektik mərkəzin fəaliyyət göstərməsi üçün lisenziya almayıb. Heç bir tibbi savadı da olmayıb. Estektik mərkəzin fəaliyyət istiqaməti lazer, kosmetologiya üzrə olub. Həmçinin tibbi əməliyyatları da kosmetoloji sahə üzrə ediblərmiş. Onun sözlərinə görə, bu hadisəyə qədər 10-15 uğurlu əməliyyatı olubmuş.

İlyasova Səbirəni niyə əməliyyat edib?
Mərhum Səbirə uzun müddət imiş liposaksiya-piysovurma əməliyyatı elətdirmək istəyirmiş. Buna görə də İlyasovaya müraciət edib.
Ülviyyə İlyasovanın sözlərinə görə, Səbirənin pulu olmadığı üçün onu əməliyyat etməyə razılaşıb ki, ona yaxşılıq etsin:
“Əməliyyat üçün 500 manatlıq yeni məhsullar aldım. Məhsulları gətirdikdən sonra anestezioloq Lamiyə Səbirəyə inyeksiya yolu ilə propofol, fentanil və medazin dərmanlarını vurandan sonra əməliyyata başladıq. Əməliyyatdan sonra Səbirə dərhal ayıldı. Səbirəni öz maşınımda evə gətirdim. Səbirə xahiş etmişdi ki, əməliyyatdan sonra iki gün ona mən baxım.
Evə çatanda Səbirə özü pilləkənləri qalxdı. Səbirə çay içib divanda uzandı. Saat 23:50 radələrində Səbirənin halı pisləşdi. Lamiyəyə zəng vurdum. O da gəldi. Sonra təcili yardım çağırdıq. Təcili yardım gələndə dedilər ki, Səbirə vəfat edib”.
Burada diqqət çəkən başqa bir məqam da var. Əməliyyatdan çıxan Səbirəni maşında ön oturacaqda ağzıüstə uzadıblar. İlyasova deyib ki, Səbirəyə arxa nahiyəsinə piy köçürüldüyü üçün arxası üstə uzanmaq olmazmış ki, deformasiya olub əyilə bilərmiş.
Ülviyyə İlyasovanın ifadəsindən məlum olub ki, Səbirə “Azər-Türk Med” klinikasında cərrah Şövkət Əliyeva tərəfindən əməliyyat olunacaqmış. Lakin Şövkət Əliyeva əməliyyata 7 min manat pul istəyib. Səbirə pulu olmadığı üçün Ülviyyədən endirim istəməsini xahiş edib. Ülviyyənin xahişi ilə Şövkət Əliyeva əməliyyatı 4700 manata edəcəyini deyib. Lakin bu məbələğə də Səbirənin imkanı çatmayıb. Səbirə əməliyyat üçün Ülviyyəyə 250 manat verib. Ülviyyə həmin puldan 200 manatını anestezioloqa verib. 50 manata isə korset alıb.
Məhkəmədə mərhumun anası hüquqi varis kimi dindirilən zaman məlum olub ki, Səbirə əməliyyatı onun razılığı olmadan edib. Mərhumun anası deyib ki, qızına Ülviyyənin yanına əməliyyata getməməsi üçün bir neçə dəfə xəbərdarlıq edib:
“Mən qızıma dedim ki, Ülviyyə həkim deyil, onun yanına getmə. Səbirə mənə deyirdi ki, Ülviyyə indiyə qədər neçə əməliyyat edib və problem yaşanmayıb. Həmin gün Səbirə əri ilə getmişdi. Sonra yolda Səbirənin əri Eldar mənə zəng etdi ki, əməliyyat bitib. Ülviyyənin maşınında olanda Səbirənin səsini eşitdim. Eldar dedi ki, Səbirə xoruldayır. Mən dedim ki, Səbirə heç vaxt xoruldamır. Onlara dedim ki, Səbirə can verir. Sonra evə gediblər. Axşam Ülviyyəyə zəng etdim. Amma telefonu qızı açdı. Sonra Ülviyyə mənə zəng edəndə eşitməmişəm.
Mənə qızımın öldüyünü gecə saat 4-də deyiblər. Qızımın son halını görmüşdüm. Ülviyyə deyir ki, qızım pilləkəni özü qalxıb, xurma ilə çay içib. O vəziyyətdə olan adam bunları necə edib?”
Mərhumun anası Ülviyyə İlyasovadan şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini istəyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhumun ailəsi Ülviyyə İlyasovaya qarşı maddi və mənəvi təzminat irəli sürüb. Maddi ziyana görə 63 min manat, mənəvi ziyana görə isə 80 min manat tələb edilib.
Məhkəmə maddi ziyanın 11 min, mənəvi ziyanın isə 20 minlik hissəsini təmin edib.
Məhkəmənin hökmü ilə Ülviyyə İlyasova 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Musavat.com
OXŞAR XƏBƏRLƏR

Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
“O gündən bəri həmin həkim “Qurbanova” soyadı ilə işləyir”
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
İlham Əliyev “Talıstan” liseyinin binasının açılışında iştirak edib-Yenilənib (Fotolar)
Leyla Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə – Fotolar
Prezident Laçında sakinlərlə GÖRÜŞDÜ – FOTOLAR
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında – FOTOLAR
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14