Azərbaycanda qeysəriyyə “qətliamı” - şok rəqəmlər
Ölkədə bu əməliyyat nəticəsində ana və uşaq ölümlərinin sayı durmadan artır; professor həyəcan siqnalı verdi
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.az-a bildirib ki, erkən nikahlarla bağlı mübarizə tədbirləri gücləndirilsə də, bəzi valideynlərə görə bu cür halların tam qarşısını almaq mümkün olmur: “Erkən evliliklərin ən ağır nəticələrindən biri ana və uşaq ölümləridir. Təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, hələ də övladlarını erkən yaşda ailə qurmağa vadar edən valideynlər var. Valideynlərə bir daha səslənirik - övladlarınızın gələcəyini təhlükəyə atmayın, onları erkən nikahdan qoruyun”.
Xatırladaq ki, bu ilin fevralında Şəkidə qeysəriyyə əməliyyatı ilə sağlam uşaq dünyaya gətirən 27 yaşlı ana da ölüb. Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 27 yaşlı Nigar Kərəm qızı Qarayevanın doğuşdan bir gün sonra vəziyyəti pisləşib və boğulmadan dünyasını dəyişib.
Onu da deyək ki, 2025-ci ilin körpə ölümü ilə bağlı ilk fakt Zaqatalada qeydə alınıb. Bu rayonda iki ana doğuş zamanı körpəsini itirib. İlin əvvəlində Gəncədə də körpə ölümü qeydə alınıb. Şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Birləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döllə daxil olub. Digər hadisə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.
Ümumiyyətlə, Azərbaycanda son illər qeysəriyyə əməliyyatı dəb halını alıb. Statistik məlumatlar da bunu təsdiq edir. Təkcə 2023-cü ildə 531 körpə ölü doğulub.
Həkimlərə görə, qeysəriyyə əməliyyatları hər nə qədər doğuşun alternativ və bəzi hallarda yeganə çıxış yolu olsa da, bu müdaxilə həm ana, həm də körpə üçün müəyyən risklər daşıyır. Azərbaycanda bu əməliyyatların sayında artım fonunda ana və körpə ölümlərinin də müşahidə olunması ciddi narahatlıq doğurur. Bildirilir ki, əsas risk faktorları kimi bir neçə amil nəzərə alınmalıdır. Belə ki, qeysəriyyə əməliyyatı zamanı istifadə olunan ümumi və ya epidural anesteziya bəzi hallarda allergik reaksiyalara, qan təzyiqinin kəskin düşməsinə və ya tənəffüs problemlərinə səbəb ola bilər. Əməliyyat zamanı və ya sonrasında normadan artıq qan itirilməsi həyat üçün təhlükəli vəziyyət yarada bilər. Əməliyyat steril şəraitdə aparılmadıqda və ya sonrakı qulluq düzgün olmadıqda infeksiyalar yayılıb ağırlaşmalara səbəb ola bilər. Eləcə də hamiləlik zamanı gizli gedən və ya nəzarətdə saxlanılmayan şəkərli diabet, yüksək təzyiq, qan laxtalanma problemləri kimi hallar ölüm riskini artırır.
Bəzi bölgələrdə ixtisaslaşmış ginekoloq-cərrahların çatışmazlığı və ya təcrübəsiz həkimlərin müdaxiləsi ölüm hallarına gətirib çıxara bilir. Rayon xəstəxanalarında müasir tibbi avadanlıqların olmaması və ya köhnə olması zamanında müdaxiləyə mane ola bilər. Qeysəriyyə əməliyyatından sonra vəziyyəti pisləşən xəstənin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə çatdırılmaması ölüm riskini artırır.
Həkimlər vurğulayır ki, 18 yaşdan aşağı ana olmaq həm psixoloji, həm də bioloji baxımdan böyük riskdir. Yetkinlik dövrünü tam başa vurmamış qızların orqanizmi hamiləliyi və doğuşu tam qaldıra bilmir. Bəzi hallarda valideynlərin və ya ailə böyüklərinin təzyiqi ilə tez hamiləlik və qeysəriyyəyə qərar verilir ki, bu da fəsadlara yol açır.

Adil Qeybulla
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, nikaha daxil olmağın müəyyən yaş hüdudu qanunla tənzimlənsə də, burada həm də fizioloji proses, tibbi göstərişlər nəzərə alınır: “Əvvəla nikaha girən bir şəxsin həm psixoloji, həm də fizioloji yetkinliyi olmalıdır. Bunun nəzərə alınması isə bizim ölkəmiz üçün çox ciddi problemdir. Digər tərəfdən, ölkəmizdə problemlərdən biri də yaxın qohum nikahlarıdır. Bunu da tam ləğv etmək olmaz, amma buna qarşı təbliğat müəyyən nəticəsini verib. Digər məsələ isə hamiləliyin planlanması məsələsidir. Çox təəssüflər olsun ki, bizdə hamiləliyin planlanmasında qüsurlar var. Qadınlar hamiləlik dönəmində aylarla həkimə getmirlər. Doğuşa az qalmış həkim axtarmağa başlayırlar. Buna görə də belə fəsadlar yaşanır. Hamiləliyin gedişi monitorinq olunmalıdır, nəzarət altına alınmalıdır. Hamiləliyin hər trimestrində bir neçə dəfə yoxlanma olmalıdır. Heç olmasa ayda bir dəfə müayinə olunmalıdır və ona uyğun olaraq da qərar verilməlidir. Həm bu yoxlamalar olmadığına görə, həm də yanaşı xəstəliklər təsir edə bilər. Məsələn, qaraciyərdə virus hepatitləri olur. Yaxud başqa digər yanaşı xəstəlikləri, böyrək çatışmazlığı olur və sair . Hamiləlik kimi ciddi fizioloji dəyişikliklərin fonunda fəsadlar, ağırlaşmalar olur. Ölümlərin əksəriyətinin səbəbi bununla bağlıdır. Düzdür, tibbi səbəbləri də var, əməliyyat zamanı buraxılan səhvlər və s. Hər halda, bunların hər biri araşdırılmalıdır. Buna uyğun da məsuliyyət müəyyən edilməlidir”.
OXŞAR XƏBƏRLƏR

Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14