Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
2025-06-24 , 12:23

Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

Yenilik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.