Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 16 yaşlı qızı qaçırmaqda ittiham olunan axund vəzifəsindən azad edildi

16 yaşlı qızı qaçırmaqda ittiham olunan axund vəzifəsindən azad edildi

16 yaşlı qızı qaçırmaqda ittiham olunan axund vəzifəsindən azad edildi
2025-06-25 , 12:09

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.
Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər.
Xatırladaq ki, Turab Tahirovun adı 16 yaşlı qızın qaçırılması ilə bağlı iddialarda hallandırılırdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.