“Kontakt Home”un məhsulu haqqında araşdırma başladı

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqəmsal və məişət texnikası, həmçinin mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən “Kontakt Home”un sahibi “ABC-Telecom” MMC barəsində araşdırma aparır.
Yenilik.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Hoffmann” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı müraciət daxil olub.
Bildirilir ki, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib və rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Məlumat üçün qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” markalı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb.
OXŞAR XƏBƏRLƏR