Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video
Türkiyəli müğənnilər Seda Sayanla Gülbən Ergen arasnda qalmaqal yaşanıb."Gülbən çox simicdir. Buna pis olacaq, amma nə edim, elədir. Həmişə mən sənə nəsə almışam. Sən mənə nə vermisən ki? Koreyadan aldıqlarını atır ki, sən bunları istəyərdin? Hansı qadın istəməz? Simicliyindən öləcəksən" deyə, Seda bildirib.
Gülbənin cavabı da gecikməyib:
"Seda Sayan yalan deyir. Nə alıb ki? 19 il əvvəl Atlas dünyaya gələndə qızıl gətirib. Bəs nə oldu? Davamlı mənə nəsə almısan? Sabah ona ilbizli maska verəcəyəm, dərisinə düşməyəcək, reaksiya verəcək. Özü də nə vaxtdan sən ənənəvi tibbə maraq salmısan? Ürəyin gedir özünü kəsdirib-doğramağa. Mən əməliyyatlara maraqlı olmadığım üçün ənənəvi üsullardan istifadə edirəm. Sən isə dəqiqəbaşı özünü kəsdirirsən. Yalandır?".
