Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq?
Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.
Komitə sədrinin dediyinə görə, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.
Komitə iclasında qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.
Amma təəssüf ki, “Ümumi təhsil haqqında" qanuna yeni dəyişiklik şərh edilərkən bəzi anlaşılmazlıqlar yaranıb.
Belə ki, bəzi hallarda bu “müəllimlər üçün vahid geyim forması” - eyni model kostyum və ya paltar kimi başa düşülüb. Halbuki qanun layihəsində belə sərt tələb qoyulmur. Burada söhbət vahid forma yox, peşəyə uyğun dres-kod tələbindən gedir.
“Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərlə bağlı təklifdə, maddə 4-də təhsilverənlər (yəni müəllimlər) üçün “vahid geyim forması” yox, “geyim ilə bağlı tələblər”dən söhbət gedir. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən olunması təsbit edilir. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunması nəzərdə tutulur.
Bu isə, heç də məcburi “vahid paltar” demək deyil, səliqəli və peşəkar geyim standartıdır. Yəni müəllimin geyimi səliqəli, peşəkar və tədris mühitinə uyğun olmalıdır ki, dərs dediyi şagirdlərdə də anoloji mühit aşılansın.
Burada başlıca məqsəd məktəbdə peşəkar iş mühiti və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək, şagirdlərin diqqətini dərsə yönəltməkdən ibarətdir.
Dəyişiklik niyə önəmlidir?
Təhsil eksperti Məzahir Məmmədli Bakupost.az-a bildirib ki, Bakı və regionlar üzrə indiyə qədər 10-dan artıq məktəb öz qərarları ilə müəllimlərin vahid formaya keçidini tətbiq edib:

“Bu nümunənin Azərbaycan cəmiyyətində daha geniş tətbiqi arzuolunandır. Çünki yaxşı effekt verir”.
Ekspert qeyd edir ki, belə bir qərarın olması bir tərəfdən, müəllimlərin, xüsusilə xanım müəllimlərin vaxtına qənaətdir. Digər tərəfdən, bu həm də şagirdlərin müəllimə münasibətinə və müəllim nüfuzuna xidmət edəcək bir məsələdir:
“Beynəlxalqa təcrübədə də vahid forma anlayışı olmasa da, müəllimlər üçün geyim formasında müəyyən məhdudiyyətlər vardır. Azərbaycanda da Elm və Təhsil Nazirliyinin təhsil verənlərlə bağlı “Etik davranış qaydaları” tətbiq olunub ki, burada da geyim formaları ilə bağlı xüsusi qeydlər var. Başqa bir tərəfdən, Pedoqoji Şuranın qərarı olmadan belə, müəllimlər arasında məktəbə ətəklər qara, köynəklər ağ formada gəlməklə bağlı ümumi razılıq var. Bəzi məktəblər rəsmi qərar olmadan gündəlik fəaliyyətlərini belə müəyyənləşdirib”.
Həmsöhbətimizə görə, həmin prosesə kütləvi keçid müəllimlərin digər ictimai yerlərdə də nüfuzlarının qorunması baxımından müəyyən şans yaradacaq:
“Başqa bir tərəfdən, aparılan müzakirələrdən görünür ki, qərara əməl etməyənlərə münasibətdə cərimələrin tətbiqi də nəzərdə tutulmur. Sadəcə, Pedoqoji Şuraların özləri müəllimlərin etik davranış qaydalarına əməl olunub-olunmaması ilə bağlı müəyyən tənbeh tədbirləri görəcək”.
Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, müəllimlərlə bağlı bu kimi addımlar bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur:

“Qarşımızda Cənubi Koreya, Skandinaviya ölkələri təcrübələri var. Müəllim forması məsələsi hər hansı bir neqativ və ya pozitivlə ölçülmür. Pedaqogika kiçik nüanslara belə zərgər dəqiqliyi ilə yanaşma tələb edən sahədir”.
Ekspert düşünür ki, müəllimin formada olması sinif daxilində, pedoqoji işin təşkili prosesində, şagirdlərin fokuslanmasında, onların təhsil mühitinə bağlılığı baxımından daha üstün mövqe yaradır:
“Pedoqoji qanunlar şagird psixologiyası, zehniyyəti əsasında müəyyənləşir. Şagird müəllimin də formada olduğunu, səliqəli geyindiyini görəndə, özünün şüurunda ona qaydaların tərkib hissəsi kimi baxır. Belədə bu dəyərləndirmə prosesi ona başqa dəyərlər də əlavə edir. Bu məsələ təkcə geyimdən ibarət deyil. Şagird zehniyyəti müəllimi prosesin fərdi kimi görəndə özü də nəyəsə daha yaxşı maraq göstərir. Bu addım hər hansı bir zərərə, ziyana xidmət etmir, olsa daha yaxşıdır”.
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezidentin cavablandırdığı suallar - Tam mətn
İlham Əliyev müşavirə keçirdi
Milli Məclisin iclası BAŞLADI
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Ombudsman Milli Məclisdə hesabat verəcək
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Məktəbdə geyim azadlığı harada bitir?
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Milli Məclis Mərkəzi Bankın səlahiyyətlərini artıran qanun layihəsini təsdiqlədi
Vəkilin xüsusi geyimi və ondan istifadə
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev büdcə ilə bağlı qanunu TƏSDİQLƏDİ
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09
Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı 2026-06-15 , 17:00
Mehriban Əliyevanın sosial media hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi 2026-06-15 , 05:30
Flora Kərimova xəstəxanaya yerləşdirilib 2026-06-14 , 17:03
“Konsertlər davam edir... yalandır" - Sərdar Ortaçdan səhhəti ilə bağlı AÇIQLAMA 2026-06-14 , 17:00
Müşviq Şahverdiyev: "Böyük borca girdim, maşınımı, evimi satmalı oldum" - VİDEO 2026-06-14 , 16:24
Bakıda yağış yağacaq, şimşək çaxacaq 2026-06-14 , 16:20
Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ 2026-06-14 , 16:19
Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"
Flora Kərimova xəstəxanaya yerləşdirildi, Mehriban Əliyeva nəzarətə götürdü 2026-06-14 , 16:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır” 2026-06-14 , 15:51
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq – ARAŞDIRMA 2026-06-14 , 15:50
Heydər Əliyev siyasətinin təntənəsi: müstəqil, suveren və qalib Azərbaycan 2026-06-14 , 03:40
Azərbaycanlı müğənnilərin toy qiymətləri “dodaq uçuqlatdı”: 15 min manat…. – FOTOLAR 2026-06-13 , 20:11
Mehdiyevin ailə bankı BOKT oldu 2026-06-13 , 19:58
Rəqqasə Aygündən ona toxunmaq istəyən kişiyə ETİRAZ – VİDEO 2026-06-13 , 19:57
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama 2026-06-13 , 13:14