Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto

Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto

Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto
2026-06-16 , 16:45

Sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarda göstərdiyi xidmətlərdən narazıdır.

Tribuna.az xəbər verir ki, bu barədə sərnişinlər ADY-nin rəsmi “Facebook” səhifəsində yazıblar.
Şikayətçi Aydın Rəcəbli bildirib ki, səhər saatlarında həyata keçirilən səfərlər zamanı qatar vaqonlarında hava həddindən artıq soyuq olur:
“ADY deyəsən Səhiyyə Nazirliyi ilə xəstələrin sayının artırılması barədə müqavilə bağlayıb.
Səhər vaqonda oturmaq mümkün deyil. Soyuq səbəbindən yol boyu narahatlıq yaşayırsan. Vaqonları elə soyudurlar ki, elə bil çöldə 50 dərəcə isti var. Hər dəfə bələdçiyə müraciət edirsən, amma xeyri olmur. Qatarı sürmək hələ onu idarə etmək demək deyil.
Qatarda maşinist və bələdçilər sərnişinlərin rahatlığını da nəzərə almalıdırlar. Sərnişinlərə bu qədər əziyyət vermək olmaz”.
ADY vətəndaşın narazılığına cavab olaraq bildirib ki, qatarlarda quraşdırılmış mərkəzləşdirilmiş havalandırma sistemi hava şəraitinə uyğun olaraq salonun temperaturunu avtomatik şəkildə tənzimləyir:
“Qış mövsümündə salonda orta temperatur 18–22 dərəcə, yay mövsümündə isə 22–26 dərəcə aralığında saxlanılır”.
Şikayətçi isə əlavə edib ki, sübh saatlarında, havanın hələ sərin olduğu vaxtlarda vaqonların bu qədər soyudulması düzgün deyil:
“Bunu günorta saatlarında, havanın daha isti olduğu vaxtlarda etsələr, başa düşmək olar. Amma səhər tezdən onsuz da sərin olan vaqonların daha da soyudulması normal hal deyil”.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.