Şuşadan dünyaya uzanan media dialoqu: qlobal trendləri qabaqlayan strateji baxış
Müasir beynəlxalq münasibətlər sistemində informasiya müharibələri və dezinformasiya kampaniyaları dövlətlərin suverenliyinə və qlobal sabitliyə birbaşa təhdid formalaşdırır. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan təkcə döyüş meydanında və diplomatiya masasında deyil, həm də qlobal informasiya məkanında yeni standartlar müəyyən edir. Bu strateji gedişatın ən mühüm rəmzlərindən biri, artıq ənənəvi xarakter alaraq dünya mediasının nəbzinə çevrilən Şuşa Qlobal Media Forumudur.
Şuşa Qlobal Media Forumunun ən diqqətçəkən xüsusiyyətlərindən biri hər il seçilən mövzuların qlobal informasiya məkanında sonradan əsas müzakirə predmetinə çevrilməsidir. Bu baxımdan, forum hər il seçdiyi mövzularla qlobal tendensiyaları qabaqlamağı bacarır.
Təkamül yolu: trendləri qabaqlayan mövzular və genişlənən coğrafiya
Şuşada əsası qoyulan bu media ənənəsi əslində zəngin bir təkamül yoluna malikdir. Hər şey 2022-ci ildə, media sektorunda rəqəmsal transformasiyanın yeni mərhələyə qədəm qoyduğu bir vaxtda “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən ilk Beynəlxalq Media Forumu ilə başladı. Səsləndirilən fikirlərin aktuallığı bu təşəbbüsü dayanıqlı instituta çevirdi.
Artıq növbəti illərdə Şuşa formatı qlobal çağırışların birbaşa ünvanına çevrildi:
- 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunu gündəmə gətirərək süni intellektin xəbər istehsalına təsirini masaya yatırdı.
- 2024-cü ildə baş tutan 2-ci Forum “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” ilə geosiyasi qarşıdurmalar fonunda saxta xəbərlərin yaratdığı təhlükələri qlobal təhlükəsizliyin əsas istiqaməti kimi qəbul etdirdi.
- 2025-ci ildə isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusu diqqət mərkəzində idi.
Builki IV Forum isə miqyasına görə fərqlənir: dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs Şuşaya toplaşır. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu və 10-a yaxın beynəlxalq təşkilat ilə şirkətin nümayəndələri təmsil olunur ki, bu da Şuşanın qlobal media təqvimindəki aparıcı mövqeyini tamamilə möhkəmləndirir.
IV Forumun missiyası: həqiqətin bərpası və yeni çağırışlar
2026-cı il Şuşa Forumunun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilməsi müasir dünyanın geosiyasi reallıqları ilə tam səsləşir. Rəqəmsal platformalarda yaşanan etimad böhranı fonunda bu forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkir, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası və rəqəmsal həmrəyliyin gücləndirilməsi üçün praktiki addımların atılmasını hədəfləyir.
Forum çərçivəsində təşkil olunacaq panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar yaxın gələcəyin media xəritəsini cızacaq aktual mövzuları əhatə edir:
- Medianın sülh quruculuğundakı real rolu və sərhədlərarası media dialoqu,
- Dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi,
- Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması,
- Süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika.
Süni intellekt və media dayanıqlılığının sərhədləri
Süni intellektin (Sİ) media sektoruna kütləvi daxil olması fonunda Şuşa həm də ciddi fəlsəfi və strateji xəbərdarlıqların edildiyi məkandır. Azərbaycan Prezidenti İlham Əliyev süni intellekt dövründə informasiya təhlükəsizliyi məsələsinə toxunarkən qlobal media ictimaiyyəti üçün çox mühüm bir xəbərdarlıq səsləndirmişdi: "Süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın".
Dövlət başçısının bu mesajı Sİ texnologiyalarının gətirdiyi etik problemlərə, deepfake (saxta video/audio) təhlükəsinə və insan amilinin, peşəkar jurnalistika meyarlarının qorunub saxlanmasının vacibliyinə yönəlib. Bu gün Sİ vasitəsilə ictimai şəxslərin adından yalan bəyanatların yayılması, manipulyasiya xarakterli kontentlərin istehsalı qlobal təhlükəsizliyə birbaşa təhdiddir. Prezident vurğulayır ki, beynəlxalq səviyyədə, bəlkə də BMT və ya "Böyük 20-lik" (G20) çərçivəsində söz azadlığını məhdudlaşdırmadan bu cür texnoloji təhdidlərin qarşısını alacaq tənzimləmə mexanizmləri işlənib hazırlanmalıdır. Bu baxımdan, IV Şuşa Forumunda aparılacaq media etikası müzakirələri qlobal çıxış yollarının tapılması üçün unikal platformadır.
Dezinformasiya, “feyk nyus” və qərbin ikili standartları
Azərbaycan onilliklər ərzində beynəlxalq səviyyədə koordinasiya olunmuş media hücumlarının, yalan narrativlərin və dezinformasiya kampaniyalarının qurbanı olub. İşğal dövründə torpaqları zəbt edilən, humanitar fəlakətlə üzləşən tərəf Azərbaycan olduğu halda, Qərb mediası və erməni lobbisi ölkəmizi təcavüzkar kimi təqdim etməyə çalışıb.
Prezident İlham Əliyev media forumlarında bu mövzuya toxunaraq Qərb mediasının riyakarlığını və ikili standartlarını açıq şəkildə tənqid edir. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın bəzi aparıcı Qərb mətbuat orqanlarını "feyk nyus" (yalan xəbər mənbəyi) adlandırmasını tamamilə ədalətli hesab edir. Çünki eyni mərkəzlər Azərbaycanın öz suverenliyini bərpa etməsini "təcavüz" kimi qiymətləndirir, digər münaqişələrdə isə tam fərqli mövqe nümayiş etdirirlər.
Azərbaycan bu gün dezinformasiya ilə mübarizədə ən effektiv yolu seçib: forumlar vasitəsilə qapılarını dünyanın dürüst jurnalistlərinin üzünə açmaq, reallıqları yerində göstərmək və "hücum jurnalistikası" taktxanası ilə dövlət maraqlarını arqumentlər, real faktlar əsasında müdafiə etmək.
Beynəlxalq hüququn böhranı və “dəmir yumruq” məntiqi
Prezidentin çıxışlarının ən fundamental istiqamətlərindən biri qlobal təhlükəsizlik arxitekturasının və beynəlxalq hüququn iflic olmasıdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 30 il kağız üzərində qaldı. Minsk qrupu isə münaqişəni həll etmək üçün deyil, onu dondurmaq üçün fəaliyyət göstərirdi.
Dövlət başçısı qeyd edir ki, beynəlxalq hüquq selektiv tətbiq edildikdə, imzanın deyil, yalnız gücün sülh təminatçısı olduğu yeni bir dünya reallığı yaranır:"Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür".
Azərbaycan öz gücü, əsgərinin canı və qanı hesabına BMT qətnamələrini döyüş meydanında icra etdi və regionda tamamilə yeni reallıqlar yaratdı. Şuşa artıq separatizmin tabutuna son mismarın vurulduğu, yeni geosiyasi eranın başladığı mərkəzdir.
Regional bağlılıq: zəngəzur dəhlizi və orta dəhliz
Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazı risk zonası olmaqdan çıxarıb əməkdaşlıq və sabitlik məkanına çevirməyi hədəfləyir. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsinin əsasını regional "bağlılıq" (connectivity) təşkil edir. Bu zəncirin ən mühüm halqalarından biri Zəngəzur dəhlizidir.
Zəngəzur dəhlizi sadəcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bir yol deyil, həm də Şərqlə Qərbi, Böyük Türk dünyasını, Mərkəzi Asiyanı və Avropanı birləşdirən beynəlxalq tranzit marşrutudur. Çindən başlayaraq Xəzər dənizi vasitəsilə uzanan Orta Dəhliz çərçivəsində Azərbaycan mühüm logistik qovşağa çevrilir. Dövlət başçısı vurğulayır ki, Ermənistan bu reallığı nə qədər tez qəbul edib blokadadan çıxmaq addımları atsa, öz gələcəyi üçün bir o qədər faydalı olar.
COP29-un irsi və yaşıl enerji diplomatiyası
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada ən yüksək liqaya daxil olmasının göstəricisi idi. Bununla belə, bu qərar qəbul olunan gündən Qərb mediası ölkəmizi neft və qaz hasilatçısı olduğu üçün ittiham etməyə başladı. Prezident İlham Əliyev bu ittihamlara qarşı hər zaman sərtdir və çağırış edir: "Riyakarlığa son qoyulmalıdır!"
Avropa ölkələri bir tərəfdən Azərbaycandan qaz hasilatını ikiqat artırmağı və boru kəmərlərini genişləndirməyi xahiş edir, digər tərəfdən isə Avropa maliyyə institutları mədən yanacağı layihələrini maliyyələşdirməyi dayandırır. Azərbaycan həm qazıntı yanacağından əldə etdiyimiz gəlirləri şəffaf idarə edir, həm də nəhəng yaşıl enerji keçid proqramı icra edir. COP29 çərçivəsində əldə olunan ən mühüm nailiyyətlərdən biri karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzrə tarixi razılıq və iqlim vəsaitlərinin 300 milyard dollara qədər artırılması oldu. İndi bu irs qlobal səviyyədə yaşıl gündəliyin təməlini təşkil edir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur tamamilə "Yaşıl Enerji Zonası" elan edilib və burada Günəş, külək, su elektrik stansiyaları tikilir. Azərbaycan Xəzər dənizindən və Mərkəzi Asiyadan Avropaya yaşıl enerji dəhlizləri çəkməyə davam edir. Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) və İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ölkəmizin İlham Əliyevin liderliyi ilə günü-gündən artan nüfuzunu bir daha sübut edir.
Böyük Qayıdış: dağıdılmış şəhərlərdən cənnətə
Prezident İlham Əliyev erməni barbarlığının, dağıdılmış şəhərlərin, qazılmış qəbirlərin və qurudulmuş bulaqların yaratdığı ağrını heç vaxt unutmayacağımızı bildirir. Lakin bu ağrı bu gün quruculuq enerjisinə çevrilib.
Cəmi bir neçə il ərzində 10 min kv km ərazidə dünyanın ən müasir infrastrukturu – hava limanları, ağıllı kəndlər, magistral yollar və kilometrlərlə uzunluqda tunellər inşa edilib. Prezidentin qeyd etdiyi kimi, bu təkcə maliyyə imkanı deyil, daxildən gələn böyük bir xoşbəxtlik və insan kapitalının gücüdür. Vaxtilə separatizmin "şeytan yuvası" olan binaların yerində bu gün beynəlxalq konqres mərkəzləri ucalır, Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Artıq minlərlə keçmiş köçkün doğma yurduna qayıdıb və cəmiyyət bu dirçəlişi böyük nikbinliklə izləyir.
Prezident İlham Əliyevin media forumlarındakı çıxışları bəşəriyyətin üzləşdiyi müasir böhranlara dürüst, dərindən düşünülmüş və realist bir baxışdır. Azərbaycan lideri dünyaya süni intellektin təhdidləri ilə mübarizədə səmimi həmrəylik, neokolonializmdən əziyyət çəkən xalqlara dəstək, enerji məsələlərində riyakarlıqdan uzaq bir tərəfdaşlıq təklif edir.
Ötən illərin zəngin təcrübəsinə söykənən və 2026-cı ilin iyulun 13-14-də keçiriləcək IV Şuşa Qlobal Media Forumu bir daha sübut edir ki, Şuşa və Xankəndi artıq sadəcə Azərbaycanın azad edilmiş əraziləri deyil. Buralar qlobal media gündəliyinin, sülh missiyasının, həqiqətin bərpası prinsiplərinin və yeni təhlükəsizlik meyarlarının formalaşdığı nüfuzlu bir beynəlxalq dialoq mərkəzidir. Və bu yeni reallığı heç bir dezinformasiya kampaniyası dəyişdirə bilməz.
Xanlar Sətullayev, Yenilik.az
OXŞAR XƏBƏRLƏR

Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev müşavirə keçirdi
13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Şuşada IV Qlobal Media Forumu keçiriləcək
Prezident Özbəkistan mediasına müsahibə verib
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
WUF13 və Bakı sənədi: Azərbaycanın postmünaqişə bərpa təcrübəsinin qlobal səviyyədə təsbiti – TƏHLİL
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platformas
2026-07-11 , 14:29
Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar
2026-07-11 , 13:24
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO 2026-07-11 , 10:07
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi 2026-07-11 , 10:02
Bayram Səfərovun bacısına vəzifə verildi 2026-07-11 , 10:01
“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama 2026-07-11 , 09:46
Peyk görüntüləri üzə çıxardı - İranın nüvə obyektlərində təmir gedir 2026-07-11 , 09:41
Crescent Mall-da nə baş verir? – VİDEO 2026-07-11 , 09:40
Kişi boşandığı arvadını niyə öldürür? 2026-07-11 , 09:38
Sevirdilər, evləndilər... Bəs niyə xoşbəxt ola bilmədilər? - Yeni nəsil evliliklərin acı həqiqəti - ARAŞDIRMA 2026-07-11 , 09:35
“Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə” 2026-07-11 , 09:33
Söyüş söyən insan psixi xəstədir? Yoxsa o sadəcə əxlaqsız sayılmalıdır? 2026-07-11 , 09:29
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu 2026-07-11 , 09:29
“Bakcell" və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib 2026-07-10 , 20:11
"Qazdan istifadə Qaydaları"nda nə dəyişdi?-Hüquqşünas açıqladı 2026-07-10 , 17:09
İradə İbrahimova: "Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər" - VİDEO 2026-07-10 , 13:05
Özbəkistan Prezidenti Allahşükür Paşazadəyə "Xalqın və Vətənin Hörməti" ordenini təqdim edib 2026-07-10 , 12:59
Prezident Fərman imzaladı 2026-07-10 , 12:58
“Tramp armuda dırmaşmış ayını xatırladır - armudun yaxşısını da ayı yeyər...” 2026-07-10 , 12:55
Məşhur tiktoker ana olacağını açıqladı - VİDEO 2026-07-10 , 12:47
“Çoxuşaqlı ana” övladları ilə gəzintidə - FOTO 2026-07-10 , 12:33
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu 2026-07-10 , 12:27
60 yaşlı Məleykə Əsədova tanınmaz halda - VİDEO 2026-07-10 , 12:15
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal 2026-07-10 , 12:04
Fazil Mustafa: "Bayrağımızda İslam var, məzhəb, təriqət yoxdur ki..." 2026-07-10 , 12:02
“Bədbəxtlərə deyirəm...” – ABŞ-də yaşayan Elariz 2026-07-10 , 12:00
“Trampa cavab verəcək bir kişi tapılmayacaq?” 2026-07-10 , 11:59
Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ - FOTO 2026-07-10 , 11:58
Müəllimlər üçün vahid geyim forması narazılıq yaratdı – Foto 2026-07-10 , 11:56
Tənqidlərdən sonra Nurayın evinə getdi - Video 2026-07-10 , 11:54
Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü - VİDEO 2026-07-10 , 11:50
Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın" 2026-07-10 , 11:43
Vüsalə Əlizadə: "Həyat məni yıxdı" - VİDEO 2026-07-10 , 09:54
Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi 2026-07-10 , 01:29
Süni intellekt üçün internet “Bakcell”dən 2026-07-09 , 16:51
"Biabır olanlar fonoqrama oxuyanlardır" - VİDEO 2026-07-09 , 16:41
Azərbaycanda serebral iflic olan qadın ana oldu 2026-07-09 , 16:31
Məşhurlar İlkin Misgərlinin parodiyası haqda: "Bunu çəkib paylaşana ayıb olsun, biabırçılıqdır, günah edib" 2026-07-09 , 16:23
Aygün Kazımovanın qızı ilə Röya Ayxanın qardaşı bir arada - FOTO 2026-07-09 , 16:18
Cəbrayılın icra başçısına icazə verilmədi: 112 minlik tender ləğv edildi 2026-07-09 , 16:15
“Kontakt Home”la bağlı daha bir narazılıq: “Bizi aldadırlar” – Foto 2026-07-09 , 16:15
Natiq Cəfərlidən AQTA-ya sərt reaksiya: “Bu, sahibkarlığa əlavə məhdudiyyətdir” 2026-07-09 , 16:14