Yenilik.Az
www.Yenilik.Az » Dünya » Peyk görüntüləri üzə çıxardı - İranın nüvə obyektlərində təmir gedir

Peyk görüntüləri üzə çıxardı - İranın nüvə obyektlərində təmir gedir

Peyk görüntüləri üzə çıxardı - İranın nüvə obyektlərində təmir gedir
2026-07-11 , 09:41

Peyk görüntüləri İranda ABŞ zərbələri nəticəsində zədələnmiş bəzi nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir.


Bu barədə "CNN" telekanalı məlumat yayıb.

Kanal bildirir ki, son həftələr ərzində bir neçə ərazidə bərpa işlərinin aparıldığına işarə edən əlamətlər müşahidə olunub. İyun və iyul aylarında Parçin hərbi obyektində ABŞ-ın beton deşən bombaları nəticəsində zədələnmiş müdafiə qurğularının təmiri istiqamətində işlər görülmüş ola bilər.

Xatırladılıb ki, bu ilin əvvəlində ABŞ ilə əldə olunmuş memorandum çərçivəsində İranın Vaşinqtonla sonrakı danışıqlar dövründə nüvə proqramı ilə əlaqəli obyektlərdə təmir işlərini dayandırması nəzərdə tutulurdu.

İran rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.