Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Xanımıma 50 min dollara qızıl almaq mənim üçün asandır" - VİDEO

"Xanımıma 50 min dollara qızıl almaq mənim üçün asandır" - VİDEO

2026-07-11 , 10:04

Xalq artisti Emin Ağalarov şəxsi maliyyə seçimləri və həyat fəlsəfəsi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Sənətçi bahalı brend saatlara böyük məbləğlər xərcləməyi doğru hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, 50 min dollar dəyərində saata pul verməz, lakin eyni məbləğə həyat yoldaşı üçün zinət əşyası almaqdan çəkinməz.
Xalq artisti əlavə edib ki, alış-verişə pul xərcləməkdənsə, səyahətə üstünlük verir. Onun fikrincə, insan üçün ən qiymətli olan maddi əşyalar deyil, yaşadığı hisslər və topladığı xatirələrdir:

"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır. Maşınlara pul yatırmaq uğursuzluqdur. Onlar dəyərini çox tez itirirlər. Pulu alış-verişə xərcləməkdənsə, səyahətə xərcləmək daha yaxşıdır. Çünki əsas olan yaşanan hisslərdir".
Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə ailəlidir. Cütlüyün bu nikahdan Afina adlı bir qız övladı var./milli.az/



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.