Nəfəsimizi kəsən köhnə maşınlar
Yararlılıq müddəti keçmiş avtomobillərdən necə xilas olmalı?
Mütəxəssislər hesab edir ki, havanın çirklənməsinin ən təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Su buxarlarının kondensasiyası zamanı kiçik tüstü hissəcikləri ətrafında toplanmasından əmələ gələn smoq xüsusilə böyük sənaye şəhərlərində nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər üçün xarakterikdir. Smoqun tərkibində olan ən zəhərli qaz avtomobillərin buraxdığı dəm qazı hesab olunur. Smoq zamanı havada zərərli maddələrin şiddətli konsentrasiyası yaranır ki, bu da bəzən ölümlə nəticələnir.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatı az olan elektrik və hibrid avtomobillərinin maddi cəhətdən daha əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici addımlar atılır. Dünya təcrübəsində təşviqedici addımlar kimi elektromobil alıcılarına, satıcılarına müxtəlif tipli güzəştlər tətbiq edilir, prioritetlər müəyyən olunur və maddi dəstək göstərilir. Təbii ki, belə təşviq çox vacibdir və yaxşı nəticələr verir. Dünyada 5,1 milyondan çox elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveç kimi ölkələrin payına düşür. Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddırlar və bu avtomobillərin qeydiyyata alınması üçün rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrikdoldurma məntəqələri fəaliyyət göstərir. Böyük Britaniyada isə elektromobil avtomobillər aksiz və yol vergilərindən azaddırlar, istehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir, genişmiqyaslı enerjidoldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri isə istifadə etdikləri elektrik enerjisinə görə 20 faiz əvəzinə 5 faiz vergi ödəyir. Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Burada elektromobil istifadəçilərinə avtomobillərin mühərrik gücünə görə genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq olunur, çoxlu sayda şarj məntəqələri quraşdırılır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək məqsədilə onların idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiyalar verilir. Norveç isə hər 1000 nəfərə düşən elektromobil sayına görə dünyada ən yüksək göstəriciyə malikdir. Burada istismar müddətinin bitməsinə az qalmış, havanı çirkləndirən nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. 2025-ci ilədək isə ölkə ərazisində yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan olunması planlaşdırılır. Dünya təcrübəsində elektromobillərlə bağlı tədbirlər dövlət-özəl qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin təşviqi, stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır. Azərbaycanda da elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ölkənin ekoloji durumunu yaxşılaşdıra bilər.

Belə avtomobillərin istismarı nəticəsində yanacaq sərfi və atmosferə atılan zərərli maddələrin miqdarı artır. Bundan başqa, respublikada avtomobil parkının böyük əksəriyyətinin özəlləşməsi də, onun maddi-texniki bazasının zəifləməsi nəticəsində ətraf mühitə öz mənfi təsirini göstərmişdir.
Hazırda respublikada istismar edilən avtomobillərin üçdə iki hissəsinin Bakı şəhərində cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problemlərin nə dərəcədə aktual olduğu aydın olar. Ölkəmizdə avtomobillərdən xaric olunan qaz tullantılarının zəhərlilik hədlərini müəyyənləşdirən müasir ekoloji təhlükəsizlik standartları işlənib hazırlanmamışdır. Bu günədək ölkədə keçmiş SSRİ-nin 1987-ci il standartları qüvvədədir ki, bu standartlar da nəinki bu günə olan beynəlxalq tələblərə cavab vermir, hətta onlardan nəzərə çarpacaq dərəcədə geri qalır.
Dünya təcrübəsində köhnə avtomobillərin istifadəsinin qarşısının alınması üçün kompleks tədbirlər görülür. Xarici ölkələrdə belə maşınların şəhərin mərkəzinə daxil olmasına məhdudiyyət və ya qadağa qoyulur, belə nəqliyyat vasitələrinin alınması, texniki baxışı zamanı müəyyən vaxt və qiymət həddi qoyulur. Məsələn, təzə maşınlar 5 ildən bir, köhnə maşınlar hər il texniki baxışdan keçirilir. Digər tərəfdən, təzə avtomobilin rüsumu daha ucuz, köhnə maşınınkı yüksək olur. Ona görə də bu gün Azərbaycan reallıqları nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməli, problemlərin həlli istiqamətində müzakirələr keçirilməlidir. İnsanlar maşın aldıqda iqtisadi amillərlə yanaşı, nəqliyyat vasitəsinin ekoloji göstəricilərini də nəzərə almalıdırlar.

Rəsmi statistik göstəricilərə əsasən, respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizdən çoxu avtomobil nəqliyyatının və xüsusi texnikanın payına düşür. Aparılan monitorinqlər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan təkcə karbon oksidlərinin miqdarı 700 min tona yaxındır. Müqayisə üçün bildirək ki, stasionar mənbələrdən atılan çirkləndiricilərin ümumi miqdarı 200 min tonu keçmir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə 2014-cü il 1 aprel tarixindən ölkədə Avro-4 ekoloji normaları tətbiq edilir. Hazırda nəqliyyat vasitələrinin Azərbaycana idxalı, mənşə ölkəsindən asılı olaraq buraxılış ilinə görə (məsələn, ABŞ-da 2004-cü, Avropa İttifaqı ölkələrində 2005-ci, Koreyada 2006-cı ildən sonra istehsal olunmuş avtomobillər) həyata keçirilir. Lakin ölkəyə əvvəllər idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi, uzun müddət istismar olunduğundan faktiki olaraq müvafiq standarta cavab vermir. Belə avtomobillərin sayının artması ölkə ərazisində, xüsusilə Bakı şəhərində atmosfer havasının çirklənməsində əsas faktorlardan biridir. Avropa İttifaqına üzv ölkələrdə ekoloji baxımdan zərərli tullantılarının miqdarı daha çox olan dizel yanacağı ilə işləyən avtomaşınların dövriyyəsinin azaldılması və tədricən qadağan edilməsi istiqamətində işlər aparılır. Buraya dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrinin istehsalı və idxalının azaldılması ilə bərabər, onların günün müəyyən vaxtlarında bəzi ərazilərə girişinə məhdudiyyətlər qoyulması da daxildir.
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ
Prezident Sumqayıt Kimya Sənaye Parkında - Fotolar
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
İlham Əliyev Sumqayıtda bir sıra açılışlar etdi – FOTO
Əliyev və Ərdoğan Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında iştirak ediblər
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55