Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb

Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb

Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb
2026-07-08 , 12:49

Saray qəsəbəsində yerləşən "Saray-H" MTK yaşayış kompleksinin sakinləri yaxınlıqda aparılan tikinti işlərindən narazılıq edirlər.

Sumqayit.tv xəbər verir ki, sakinlərin sözlərinə görə, yaşayış kompleksinin yanında, "ucuz inşaat malları" bazarı kimi tanınan ərazidə birmərtəbəli tikili inşa olunur. Tikinti prosesi zamanı yaranan toz-torpaq və tullantılar ətraf əraziyə yayılaraq sakinlər üçün ciddi narahatlıq yaradır.
Şikayətçilər bildirirlər ki, tikinti işlərindən sonra qalan tullantılar kompleksin ətrafına atılır və uzun müddət ərazidən təmizlənmir. Onların sözlərinə görə, küləkli hava şəraitində toz mənzillərə qədər dolur, bu isə həm yaşayış şəraitinə, həm də sağlamlığa mənfi təsir göstərir.
Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini, tikinti sahəsində sanitariya qaydalarına riayət olunmasını və ərazinin mütəmadi təmizlənməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanacağı təqdirdə, əlavə məlumat təqdim olunacaq.
Ətraflı Xəzər Xəbər sujetində

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.