Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular

Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular

Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular
2026-07-08 , 12:48

Sumqayıt şəhəri, 8-ci mikrorayon, Ağa Quliyev küçəsi 96 ünvanında kanalizasiya xətti ilə bağlı aparılan işlər artıq başa çatıb. Lakin görülən işlərdən sonra qazılmış yolun bərpasına hələ də başlanılmayıb.

 

Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, yolun uzun müddətdir əvvəlki vəziyyətinə qaytarılmaması həm nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradır, həm də piyadalar üçün təhlükə yaradır. 

 

Onlar aidiyyəti qurumlardan qazıntı aparılan ərazinin qısa zamanda asfaltlanaraq istifadəyə verilməsini tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.