Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər”

Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər”

Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər”
2026-07-07 , 12:53

“Təəssüf ki, Azərbaycanın dəmiryolu sistemində “sürət qatarı” adı ilə istismarda olan qatarlar əslində “tısbağa sürəti” ilə hərəkət edirlər. Çinə, Koreyaya, Yaponiyaya baxıb köks ötürürük. Gedişhaqqını artıranda bununla əsaslandırdılar ki, sürət çox, vaqonlar keyfiyyətli, komfortlu olacaq, internet sistemi işləyəcək və s. Amma hamımız bilirik ki, bu sahədə hədsiz dərəcədə çoxsaylı şikayətlər davam edir. Çarəsi sirri-Xudaya qalıb ki, necə olsun, dəmiryolu sistemində vəziyyət düzəldilsin”.

 
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
 
T.Kərimli qeyd edib ki, xaricdən qatarların gətirilməsinə kifayət qədər vəsait ayrılır: “Bəs niyə düzəlmir? Hesab edirəm, bu, sovet dövründən qalma ətalət sistemi inersiya ilə davam edir. Texniki, həm də idarəçilik baxımından yenilənmələr kifayət qədər olmur. Heç olmasa, Nazirlər Kabinetində bu məsələni müzakirə etməlidirlər ki, niyə belə alınır... Hökumət düşünməlidir ki, necə köklü dəyişikliklər etsin, çünki situativ, epizodik dəyişikliklər fayda verməyəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.