Yenilik.Az
www.Yenilik.Az » Maqazin » 70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” - VİDEO

70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” - VİDEO

70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” - VİDEO
2026-07-04 , 13:02

Ruhəngiz Allahverdiyeva geyimi ilə bağlı sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə cavablandırıb.

"Yeni Sabah" xəbər verir ki, Əməkdar artist "Xəzər axşamı" verilişində qırmızı rəngli, çiyinləri açıq libas və eyni rəngdə uzunboğaz çəkmələrlə efirə çıxıb.
70 yaşlı müğənninin seçdiyi obraz geniş müzakirələrə səbəb olub. 
İstifadəçilərin bir qismi geyimin sənətçinin yaşına uyğun olmadığını bildirərək onu tənqid edib. Şərhlərdə "Bu yaşda belə geyim olmaz", "Yaşına yaraşdırmadım", "Zövqsüz seçimdir" kimi fikirlər səsləndirilib.
Veriliş zamanı səslənən iradlara münasibət bildirən Ruhəngiz Allahverdiyeva isə seçiminə haqq qazandırıb. O bildirib ki, bu tip geyimlər yeni deyil:
"Nənələrimiz də belə geyinirdi. Qalifə şalvar geyinirdilər, üstündən də tumanbağı olurdu".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.