“Şişmə dodaqla aparıcılıq olmur...” - Nailə İslamzadədən TİKANLI sözlər
Uzun illər “Ailələr, talelər” verilişi ilə tamaşaçıların yaddaşında iz qoyan televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə Musavat.com-a müsahibə verib. O, bağlanan verilişlərlə bağlı danışıb.
– Açığı, bu barədə konkret fikir bildirmək üçün mütəmadi izləmək lazımdır. Son vaxtlar bir qədər məşğul olmuşam, ona görə də verilişləri izləməyə çox imkanım olmayıb. Nələrin dəyişdiyini tam deyə bilmərəm.
– Əksər insanlar da bildirir ki, evlərində Azərbaycan telekanallarına baxmırlar. Sizcə, son dövrlər Azərbaycan telekanallarında ən maraqlı verilişlər hansılardır? Siz özünüz daha çox nə izləyirsiniz?
– Mən bu fikirlə razı deyiləm ki, Azərbaycan televiziyasında baxımlı heç nə yoxdur. Azərbaycan teleməkanında çox gözəl jurnalistlər, aparıcılarımız var. Xüsusilə İctimai Televiziyanın bütün verilişləri baxımlıdır – burada çalışıram deyə demirəm. O biri kanallarda da var. Ümumiyyətlə, yaxşı və pis kanal anlayışı yoxdur, yaxşı və pis veriliş var. Yəni “bu kanal pisdir” demək düzgün deyil, verilişlərə görə qiymət verilir. O ki qaldı yığışdırılan verilişlərə, onlar efiri zəbt etmişdi. O verilişlər efirin ən baxılan vaxtında yayımlanırdı. Halbuki sosial verilişlər günorta saatlarında verilməlidir ki, evdə olan insanlar üçün uyğun olsun. Evdə oturanlar inciməsin, bu verilişlər onların başını qatmaq üçün günorta vaxtı verilir. İşdən gələn adamın başqasının ailə problemi nəyinə lazımdır?! Sosial verilişlər hər yerdə var, indi də ola bilər. Sadəcə, bəzən əndazədən çıxanda insanları qıcıqlandırır. Problem verilişin özündə deyil, onun idarə olunmasındadır. Əgər həm aparıcılıqda, həm məzmunda düzəlişlər olsaydı, bu verilişlər baxımlı ola bilərdi. Burada daha çox verilişin siyasəti düzgün qurulmalı idi, bu da rəhbərlik tərəfindən tənzimlənməlidir. Çünki aparıcılar da rəhbərə tabedir. O verilişlər də yenə davam edə bilərdi.
- Siz də digər AZTV aparıcıları kimi bir örnək olmusunuz, həm geyiminiz, həm də özünüzü aparmağınızla. “Ailələr- talelər” dillər əzbəri idi. Amma indi bəzi aparıcılar deyir ki, indiki dövrdə o cür verilişlər reytinq qazanmazdı, çünki o zaman seçim az idi... Bu fikirlərlə razısınızmı?
– Xeyr, qətiyyən razı deyiləm. Mən indi də veriliş aparıram, bəs niyə baxılır? Sosial mövzular çox maraqlıdır. Əgər bu mövzular cəmiyyəti düşündürən şəkildə, düzgün təqdim olunsa, çox faydalı verilişlər ortaya çıxar. Cəmiyyəti narahat edən, düşündürən problemlər qoyulsa, ailədə fərdlərin münasibətləri düzgün təqdim edə bilsəydilər, faydalı veriliş ola bilərdi. Biz azərbaycanlıyıq və heç bir millətlə özümüzü müqayisə edə bilmərik. Cəmiyyətin qəbul etdiyi və etmədiyi dəyərlər var. İndi televiziya şounu sevir. Maraqlı olmaq üçün verilişlərə şou elementlərindən istifadə edilə bilər, amma bizdə həddindən artıq şişirdilir və tamaşaçı da bunu görür. Bu zaman veriliş tamaşaçı gözündə dəyərini itirir. “Ailələr, talelər” verilişinin efirə getmədiyi müddətdən 20 il keçib – sonuncu buraxılışı 2006-cı ildə yayımlanıb. Bir nəfər məndən soruşmadı ki, niyə 20 ildə bu veriliş niyə unudulmur?! Niyə soruşmurlar ki, axı sən nə edirdin onu tənqid etmirdilər? Mən bəzən o verilişlərdə işləyənlərə deyirdim, amma pul qazanmaq hissi hər şeyi üstələyir.
– Televiziyalar bu verilişlərin tamaşaçı tələbi ilə hazırlandığını deyirdilər, bundan gəlir əldə etdiklərini də gizlətmirdilər...
– Televiziya siyasətidir, oturub düşünsünlər. Televiziyanın üç əsas istiqaməti var: informasiya, maarifləndirmə və əyləncə. Bu istiqamətlər əsasında düşünməlidirlər ki, tamaşaçını necə cəlb etsinlər. Həmişə demişəm ki, televiziya kazino deyil, dəyər itirilərək qazanılan pul əslində itkidir. Reytinq mədəniyyət demək deyil. Reytinq baxış sayıdır. Ümumiyyətlə, reytinq sözünə nifrət edirəm.
- Bir çox ölkələrdə yayımlanan beynəlxalq veriliş formatları var ki, bizdə uğursuz alınıb, davam edə bilməyib. Əsasən də Rusiyada gedən proqramlarla müqayisə etdikdə biz bu fərqi görürük...
– Alınır, sadəcə düzgün etmirlər ki, alınmır. Bizim “Ötən günlər” verilişini Rusiyada “Subbotnım vecerom” verilişindən götürmüşdük. Amma biz onu milliləşdirdik. Məsələn, öz verilişimdə ssenarini özüm yazıram, suallar komandamız tərəfindən hazırlanır, qəhrəman öyrənilir və nəticədə veriliş bizimkiləşir. Hamı da qəbul edir. Bir çox beynəlxalq layihələr var- “Milyonların şousu”, “Səs Azərbaycan” və digər bu qəbildən olan verilişlər var. Bu formatlar müxtəlif ölkələrdə də tətbiq olunur. Əsas məsələ onu düzgün uyğunlaşdırmaqdır. Buna telekanal rəhbərliyi, əgər edə bilmirsə, müvafiq qurumlar nəzarət etməlidir. Nəzarət senzura deyil, cəmiyyəti düşünmək deməkdir.
– Hər zaman geyiminiz, xarici görünüşünüzlə fərqlənmisiniz. İndi aparıcılara nəzər salırıq, açıq geyimlər, şişmə dodaq, çəkmə qaşlar, bədən şəkilləndirmə sanki mütləq olmalıdır? Siz buna necə baxırsınız?
– Gərək elələrini işə götürməsinlər. Qadın gözəl olmaq istəyir, bu normaldır. Amma bu, şişirtmə ilə gözəllik olmur axı. Qadınlar müxtəlif təbəqələrə bölünürlər. Bir var eleqant, özünə hörmət edən qadın , o heç vaxt siz sadalağınız əməllər etməz. Heç bir eleqant qadının geyimində açıq-saçıqlıq görməzsən, bədəninə tam yapışmış paltar görməzsən. Hər geyimin də öz yeri var: çimərliyin öz paltarı var, ictimai nəqliyyatda gedənin öz paltarı var, istirahət geyimində tədbirlərə gedə bilməzsən. Efirin də öz qayda-qanunu var. Efir o demək deyil ki, mütləq bəzənib çıxmalıyam. Şou verilişlərinin aparıcıları bəzənməlidir, amma əndazədən çıxmamalıdırlar. Bunlar hamısı efir mədəniyyətidir. Bunları bilməyən insanlar efirə gərək buraxılmasın.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
"3-5 nəfərə qadağa qoymaqla 24 saatlıq efiri düzəltmək mümkün deyil" - Nəmənd Rüstəmov
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14