Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda işıqforlar gecə saatlarında niyə işləmir? - Şikayət

Sumqayıtda işıqforlar gecə saatlarında niyə işləmir? - Şikayət

Sumqayıtda işıqforlar gecə saatlarında niyə işləmir? - Şikayət
2026-07-03 , 16:01

Sumqayıtda mikrorayonlardan birində gecə vaxtı işıqforların işlək vəziyyətdə olmaması narazılıq yaradıb.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, 9-cu mikrorayonda, Koroğlu prospekti ilə Bədəlbəyli küçəsinin kəsişməsində bir neçə gündür ki, gecələr işıqforlar işləmir. 
"Artıq neçə gündür gecə saat 12-dən sonra işıqforlar işləmir. Dünən az qala qəza baş verəcəkdi. Şəhərin ən işlək ərazilərindən birində işıqforların gecələr işləməməsi hərəkətdə ciddi çətinlik yaradır",- deyə sakinlər narahatlıqlarını ifadə ediblər. 
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin həll edilməsini tələb edirlər.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.