Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı

Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı

Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı
2026-07-02 , 08:30

“Qurtuluş” Reabilitasiya Mərkəzinin qanunsuz azadlıqdan məhrumetmə cinayətində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb.

Yenilik.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinfə keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, Ceyhun Salmanov, Elşən Məhərrəmov və Natiq Əliyev verilmiş ittihamlarla təqsirli biliniblər.
Onlara 3 il 6 aya kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin hər birinin cəzası şərti hesab edilib.
Üçü də məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə daha əvvəl adam oğurluğu və əzab vermə maddələri ilə də ittiham verilmişdi. Lakin yekunda prokurorun qərarı ilə həmin ittihamlara xitam verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.