Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı

Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı

Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı
2026-07-02 , 08:25

Sumqayıtda şəhid bulaqlarından birində yaranan vəziyyət narahatlıq doğurur.

Sumqayit24.az-a daxil olan məlumata görə, Kimyaçılar qəsəbəsində yerləşən şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir. Belə ki, ərazinin müəyyən hissəsini ot basıb.
Bundan əlavə, bulağın kranında nasazlıq yaranıb və suyun dayanmadan axdığı qeyd olunub.
Sakinlər bildirirlər ki, mövcud vəziyyət həm ərazinin görüntüsünü korlayır, həm də su israfı baxımından narahatlıq yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını xahiş edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.