Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda sərnişinləri yarı yolda qoyan "33 nömrə"

Sumqayıtda sərnişinləri yarı yolda qoyan "33 nömrə"

Sumqayıtda sərnişinləri yarı yolda qoyan
2026-01-30 , 08:30

Sumqayıtda sərnişin avtobuslarının tez-tez sıradan çıxması sakinlərin narazılığına səbəb olub.

Sumqayit24.az-a daxil olan məlumata görə, 33 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar texniki nasazlıq səbəbindən tez-tez yolda qalır. Belə vəziyyət isə marşrut üzrə hərəkət intervalının uzanmasına, eləcə də nəqliyyat sıxlığının yaranmasına səbəb olur.
Sakinlərin məlumatına əsasən, bu gün vəziyyət daha da gərgin olub. Belə ki, 33 nömrəli avtobuslardan biri hərəkət zamanı xarab olaraq yolu bağlayıb. Nəticədə marşrut üzrə hərəkətdə olan digər avtobus son dayanacağa çatmadan saxlanılıb və sərnişinlər məcburi şəkildə yolda düşürülüb.
Vətəndaşlar aidiyyəti qurumlardan avtobuslara texniki baxış keçirilməsini və mövcud problemlərin aradan qaldırılmasını tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.