Gəncədən çıxan avtobuslar Bakıya axın etdi - Qanunsuz daşımalar artdı
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə avtobuslar tamamilə yenilənib, xətlərə müasir tələblərə cavab verən nəqliyyat vasitələri buraxılıb.
Belə ki, son günlərdə paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad, Saray qəsəbələri istəqamətindən Bakı-Sumqayıt yolu ilə mərkəzə çoxsaylı qanunsuz avtobusun sərnişin daşıması müşahidə edilir. Bu nəqliyyat vasitələrinin Bakı-Sumqayıt yolundakı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqlardan, yəni avtobus zolaqlarından maneəsiz istifadə etməsi də onların işini daha da asanlaşdıraraq qanunsuz fəaliyyəti stimullaşdırır.
Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin törətdiyi çoxsaylı qəzalara rast gəlmək olur. Bu hadisələr nəticəsində xeyli insan həyatını itirib və ya xəsarət alıb.
Hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus zolağına daxil olan digər nəqliyyat vasitələri 100 manat və 2 balla cərimələnirlər.

Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması və bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir, media subyektləri vasitəsilə əhaliyə təbliğat-təşviqat xarakterli çağırışlar edilir: “İlk növbədə sərnişinlərə öz təhlükəsizlikləri naminə bu prosesdə iştirak etməmək tövsiyə olunur. Qeyri-qanuni sərnişindaşımada istismar olunan avtomobillərin texniki vəziyyətinə nəzarət edilmədiyi, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülərin cəlb edildiyi, onların reysqabağı tibbi müayinədən keçirilmədiyi sərnişinlərin diqqətinə çatdırılır.
Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin avtobus zolaqlarından istifadəsi məsələsinə gəldikdə isə DYP tərəfindən davamlı olaraq belə hallara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür.
Bir daha bu sahədə qanunvericiliyin tələblərini pozan şəxslərin nəzərinə çatdırırıq ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yoldan yalnız müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayancaqlarla hərəkət edən avtobuslar istifadə edə bilər. Digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması yolverilməzdir və inzibati məsuliyyət yaradır”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də müraciətimizə cavab olaraq avtobus zolaqlarına qanunsuz daxil olanların məsuliyyət daşıdığı qeyd edildi: “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.
Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sözügedən qanunun birinci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir.
Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
“Yol hərəkəti haqqında” Qanuna əsasən, operativ nəqliyyat vasitələri dedikdə, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan avtomobillər nəzərdə tutulur”.
OXŞAR XƏBƏRLƏR

İctimai nəqliyyatda gedişhaqqı dəyişdi
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Şəhid atasının torpağı zəbt edilib? - Yenilənib
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14