“Avant Park” sakinləri: Problemlər bitmir, ƏDV mübahisəsi dərinləşir
Dekabrın 13-ü Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin sakinləri növbəti dəfə toplaşaraq binanın idarəçiliyini həyata keçirən “Avant FMC” MMC-yə etirazlarını bildiriblər.
Yenilik.az “Pozan Media”ya istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, yaşayış kompleksində bir sıra ciddi problemlər hələ də həllini tapmayıb. Etiraz zamanı tez-tez elektrik kəsintilərinin baş verdiyi, drenaj sisteminin normal işləmədiyi, yağışlı havalarda həyətyanı sahəni su basdığı, liftlərdən su axdığı, ümumi həyətin işıqlandırılmadığı, bloklardakı liftlərin hamısının işlək vəziyyətdə saxlanılmadığı vurğulanıb. Bundan əlavə, sakinlər xidmət haqqı tariflərinə yenidən baxılmasını, həyətdə və girişlərdə videonəzarət sisteminin quraşdırılmasını, abadlıq işlərinin tamamlanmasını, payçı və xidməti müqavilələrdə nəzərdə tutulan öhdəliklərin tam yerinə yetirilməsini, binanın istismarı ilə bağlı FHN təsdiqinin gecikməsini və mülkiyyət hüququnu təsdiq edən çıxarışların hələ də verilməməsini əsas problemlər sırasında qeyd ediblər.
Sakinlər qeyd edib ki, payçı müqaviləsində nəzərdə tutulan şərtlər tam yerinə yetirilmədən mənzillər sakinlərə təhvil verilib. Müqaviləyə əsasən, iki il ərzində hazır olması nəzərdə tutulan yaşayış kompleksi üçün ödəniş edilib, lakin artıq dördüncü ilə keçməsinə baxmayaraq, kompleks hələ də tam hazır vəziyyətə gətirilməyib. Nəzərə almaq lazımdır ki, mənzil qiymətləri adətən tikintinin başa çatma müddətinə uyğun olaraq formalaşdırılır.
İddia olunur ki, şirkət ciddi qanun pozuntusuna yol verərək, kompleks istismara tam hazır olmadan mənzilləri təhvil verib. Bununla yanaşı, hələ də qeyri-münasib və natamam şəraitdə yaşayan sakinlərdən kommunal ödənişlər tələb edir. Üstəlik, bu ödənişlər edilmədiyi təqdirdə elektrik və su təchizatının dayandırılacağı ilə bağlı hədələmələr vəziyyəti daha da ağırlaşdırır.
FMC ilə sakinlər arasında ünsiyyətin zəifliyi də narazılıq doğuran məsələlərdəndir.
“Avant FMC” MMC-nin ofisinin qapıları sakinlərin üzünə bağlansa da, Eyvaz Fərəcov adlı əməkdaş onlara yaxınlaşaraq bəzi sualları cavablandırıb. O bildirib ki, kompleks yeni olduğu üçün müəyyən texniki problemlər mövcuddur və onların aradan qaldırılması istiqamətində işlər aparılır. Eyvaz Fərəcov tez-tez elektrik kəsintiləri və blokların təmizliyi ilə bağlı iddialarla razılaşmadığını deyib, liftlərlə bağlı problemlərin, eləcə də həyətdə və girişlərdə videonəzarət sisteminin yaxın zamanda həll ediləcəyini qeyd edib.
Xatırladaq ki, sakinlərin əsas problemlərindən biri də “Avant Qrup” MTK-dan aldıqları mənzillərə görə ödədikləri ƏDV-nin 30 faizini hələ də geri ala bilməmələridir. Onlar iddia edir ki, mənzil alışı zamanı bütün ödənişlər MTK-nın göstərişi ilə yalnız bir bank hesabına yönləndirilib, sakinlərə ƏDV üçün ayrıca depozit hesabının mövcudluğu və ya bu hesabdan istifadə qaydası barədə heç bir məlumat verilməyib, əksinə, belə bir hesabı açmağa faktiki olaraq imkan yaradılmayıb. Nəticədə mənzilin dəyəri ilə ƏDV məbləği birlikdə MTK-nın adi bank hesabına köçürülüb.
Bu səbəbdən Dövlət Vergi Xidməti də müraciətlərə cavab olaraq ödənişlərin qanunvericilikdə nəzərdə tutulmuş təyinat üzrə aparılmadığını əsas gətirir və sakinlərə çatmalı olan 30 faiz ƏDV-nin geri qaytarılmasından imtina edir. Vergi orqanının məktublarında açıq şəkildə göstərilir ki, ödənişlər ƏDV depozit hesabına deyil, satıcının cari hesabına daxil olub.
Hüquqi baxımdan isə sakinlər hesab edirlər ki, bu vəziyyətdə məsuliyyət birbaşa “Avant Qrup” MTK-nın üzərində qalır. Çünki mənzil alqı-satqısı prosesində ödəniş mexanizmini, bank hesablarını və ödənişin hansı qaydada aparılacağını müəyyən edən tərəf alıcı yox, məhz satıcı - yəni MTK olub. Sakinlər ƏDV daxil ümumi məbləği MTK-nın təqdim etdiyi hesab nömrəsinə köçürüblər və ödənişin bölünməsi və ya depozit hesabına yönləndirilməsi imkanına malik olmayıblar.
Mütəxəssislər qeyd edirlər ki, qanunvericiliyə əsasən alıcıdan alınmış ƏDV-nin düzgün uçotu, vaxtında bəyan edilməsi və ƏDV depozit hesabına yönləndirilməsi satıcının - yəni vergi ödəyicisi olan MTK-nın öhdəliyidir. Bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış maliyyə zərərinin alıcıların üzərinə qoyulması hüquqi baxımdan əsaslı hesab edilmir.
Hüquqşünasların fikrincə, yaranmış problemin həlli üçün MTK ilə Dövlət Vergi Xidməti arasında texniki və hüquqi uyğunlaşma aparılmalı, ödənilmiş ƏDV məbləği sistemdə düzgün rəsmiləşdirilməlidir. Əgər bu mümkün deyilsə, artıq dövlət büdcəsinə daxil olmuş və geri qaytarılması texniki baxımdan mümkünsüz olan ƏDV-nin 30 faizi birbaşa “Avant Qrup” MTK tərəfindən sakinlərə ödənilməlidir.
Sakinlər bildirirlər ki, problem həllini tapmayacağı təqdirdə etiraz aksiyalarını davam etdirəcək, eyni zamanda aidiyyəti dövlət qurumlarına müraciətlərini genişləndirəcəklər.
OXŞAR XƏBƏRLƏR

“AVANT QRUP”un gizlətdiyi ƏDV oyunu: Sakinlər AYAĞA QALXDI – VİDEO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55