Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıt bağçasında məsuliyyətsizlik - UŞAQ XƏSTƏXANALIQ OLDU

Sumqayıt bağçasında məsuliyyətsizlik - UŞAQ XƏSTƏXANALIQ OLDU

Sumqayıt bağçasında məsuliyyətsizlik - UŞAQ XƏSTƏXANALIQ OLDU
2026-01-08 , 16:04

Sumqayıtda fəaliyyət göstərən bağçadan şikayət var. 

Sumqayit24.az-a daxil olan məlumata görə, 55 saylı uşaq bağçasında bayram tətilindən sonra istilik sistemi işləmir. 
Şikayətçilərin sözlərinə görə, uşaqlar bağçanın soyuq olduğunu dedikdən sonra məsələdən xəbərdar olublar. 
"Sonradan müəllimlər qrupa səs atdılar ki, uşaqları bağçaya gətirərkən qalın geyindirək. Hazırda bağçadakı istilik problemi səbəbindən xəstəxanadayıq. Uşağımın hərarəti yüksəkdir və dayanmadan öskürür. Bağçadan bizə "istilik xidmətinə məlumat vermişik, gəlib baxılacaq" deyildi. Uşaqların olduğu bir müəssisədə bu cür məsuliyyətsiz yanaşma nə dərəcədə doğrudur?",- deyə valideynlərdən biri bildirib. 
Vətəndaşlar aidiyyəti qurumlardan bağçaya baxış keçirilməsini və problemin tezliklə aradan qaldırılmasını tələb edirlər. 
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.