Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda avtobus dayanacağı ZƏBT EDİLİB

Sumqayıtda avtobus dayanacağı ZƏBT EDİLİB

Sumqayıtda avtobus dayanacağı ZƏBT EDİLİB
2026-02-27 , 16:37

Sumqayıt şəhərində avtobus dayanacağında yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.

Sumqayit24.az-a müraciət edən vətəndaşların iddiasına görə, 17-ci mikrorayonda sərnişinlər üçün nəzərdə tutulan dayanacaq icarəyə verilib. Belə ki, taxta konstruksiya ilə bağlanan dayanacağa giriş məhdudlaşdırılıb.
Şikayətçilərin məlumatına əsasən, xüsusilə soyuq hava şəraitində bu vəziyyət onlara ciddi çətinlik yaradır.
"Bu dayanacaq sərnişinlər üçündür. Havaların da soyuq olduğunu nəzərə alsaq, bu vəziyyət  bizə ikiqat çətindir. Bura niyə bağlanıb, icarəyə verilərkən kimdən icazə alınıb?", - deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin qısa zamanda aradan qaldırılmasını tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.