Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda tüstü sakinləri "boğur" - ŞİKAYƏT - VİDEO

Sumqayıtda tüstü sakinləri "boğur" - ŞİKAYƏT - VİDEO

Sumqayıtda tüstü sakinləri
2026-02-16 , 17:49

Sumqayıtda yaşayış binasının qarşısında yaranan vəziyyət narahatlıq doğurub. 

Sumqayit24.az-a daxil olan iddiaya görə, 9-cu mikrorayonda, keçmiş məcburi köçkünlərin yaşadığı binanın qarşısında mənzil-kommunal istismar sahəsinin əməkdaşları xüsusi yer düzəldiblər.
Vətəndaşların sözlərinə görə, əməkdaşlar sözügedən yerdə ocaq qalayır və bu səbəbdən tüstü yerli sakinlərin gündəlik həyatına ciddi təsir göstərir.
"Tüstüyə görə nə pəncərələri aça bilirik, nə də paltarları çölə sərə bilirik. Həyətdə hərəkət etmək demək olar ki, mümkün deyil və bu vəziyyət sağlamlığımız üçün də ciddi təhlükə yaradır", - deyə şikayətçilər bildirib. 
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.