Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina – Lifti belə yoxdur…
Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur.
Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər Musavat.com-a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzil mülkiyyətçilərinin yaşaması üçün standartlardan uzaq inşa olunub.
Şikayətdə qeyd olunub ki, sözügedən bina 6 blokdan ibarətdir, 18 və 20 mərtəbəlidir, ümumilikdə 330 mənzili əhatə edir. Bildirilir ki, bina “Hüquq” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilib və həmin kooperativ “Messenat Holdinq Şirkətlər Qrupu”nun tərkibinə daxildir: “Hazırda binanın idarə olunması formal olaraq “Nasim-45” MMC-yə həvalə edilsə də, faktiki idarəetmə “Messenat Holdinq Şirkətlər Qrupu”nun təsisçisi və rəhbəri İsayev Tofiq Həbib oğlu tərəfindən həyata keçirilir.

Uzun müddət “Messenat Holdinq”ə Ramiz Mehdiyevin kiçik qardaşı Mais Mehdiyev rəhbərlik edib. Məhz bu dövrdə bina ciddi texniki və konstruktiv qüsurlarla inşa olunub. Tikinti normaları pozulub, liftlər yoxdur, təhlükə qalır”.
Şikayətdə vurğulanan əsas problemlərdən biri tikinti normalarının kobud şəkildə pozulmasıdır. Bildirilir ki, binanın 20 mərtəbəsinin hamısı təhlükəsizlik baxımından risk yaradan mişar daşından inşa edilib. Bundan əlavə, binanın 162 və 168 saylı bloklarında yük liftləri ümumiyyətlə quraşdırılmayıb və indiyədək istismara verilməyib.
Bu vəziyyət xüsusilə fövqəladə hallarda ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdə xəstəni mənzildən çıxarmaq mümkün olmur. Liftlərin olmaması səbəbindən tibb işçiləri xəstəni pilləkənlərlə aşağı endirməyə məcbur qalırlar ki, bu da həm xəstənin həyatı, həm də tibbi personal üçün böyük riskdir.
Bundan başqa, binada havalandırma sistemi yoxdur, yanğın təhlükəsizliyi tələbləri isə kobud şəkildə pozulub.Sakinlər qeyd edirlər ki, məhz sadalanan problemlər səbəbindən bina 2005-ci ildən 2019-cu ilədək dövlət komissiyasından keçməyib və rəsmi olaraq istismara qəbul olunmayıb. Yalnız Prezidentin 12 fevral 2019-cu il tarixli “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra bina müəyyən qüsurlar üzrə zəmanət aktı təqdim edilməklə istismara qəbul edilib.
Sakinlərin digər ciddi iddiası isə çıxarış məsələsi ilə bağlıdır. Bildirilir ki, hər bir mənzil mülkiyyətçisindən çıxarışın alınması üçün 510 manat məbləğində məcburi “pay haqqı” tələb edilir. Bu məbləği ödəməyən sakinlər illərdir məhkəmələrdə və müxtəlif dövlət qurumlarında süründürülür. Nəticədə, artıq 20 ilə yaxındır ki, bir çox sakinlər mənzillərinə qeydiyyata düşə bilmirlər. Bu isə onların səsvermədə iştirak hüququndan məhrum olunmasına, poliklinika və xəstəxanalarda tibbi xidmət ala bilməməsinə, uşaqların məktəblərə və uşaq bağçalarına onlayn qeydiyyatının mümkünsüzlüyünə səbəb olur.
Şikayətdə maliyyə məsələlərinə də xüsusi yer ayrılıb. Sakinlər bildirir ki, 2005-ci ildən bu günədək toplanan vəsaitlər barədə heç bir rəsmi maliyyə hesabatı təqdim edilməyib. Rəsmi mühasibat uçotu aparılmır, ödənişlər isə santexniklər və fəhlələr vasitəsilə nağd şəkildə yığılır. Aylıq ödənişlər mənzillər üçün hər kvadrat metrə 0,30 manat, qeyri-yaşayış sahələri üçün isə 0,50 manat təşkil edir. Bu da aylıq olaraq yaşayış sahələri üzrə 10 519 manat, qeyri-yaşayış sahələri üzrə isə 10 660 manat olmaqla ümumilikdə 21 179 manat vəsaitin yığılması deməkdir. Buna baxmayaraq, binada nə abadlaşdırma, nə təmir, nə də yaşıllaşdırma işləri aparılır, avadanlıqlara texniki xidmət göstərilmir. Bundan əlavə, binanın parklanma yerləri sakinlərin razılığı olmadan qanunsuz şəkildə icarəyə verilir və bu məqsədlə aylıq 80–100 manat əlavə vəsait toplanır.
Sakinlər daha bir narahatlıq doğuran məqamı da diqqətə çatdırırlar. Bildirilir ki, binanın 3-cü mərtəbəsində naməlum məqsədlərlə konstruksiya quraşdırma işləri aparılıb. Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib. Qurum tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə işlərin dayandırılması ilə bağlı məktub göndərilsə də, indiyədək söküntü aparılmayıb.
Eyni zamanda, binanın həyətindəki parklanma sahəsinin uşaq bağçasına verildiyi, ərazidə bağçaya aid oyun qurğularının quraşdırıldığı bildirilir. Bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, sakinlərin şikayətləri cavabsız qalıb.
Sayt məsələ ilə bağlı qarşı tərəfin rəyini öyrənməyə çalışıb. “Nəsimi 45” MMC-nin sədri Gülnarə Cəbrayılova sualları dinləsə də, cavab olaraq “gözləyin, sizinlə hüquqşünasımız danışacaq” deyib. Lakin hüquqşünas kimi təqdim olunan şəxs telefonu götürdükdən sonra “biz Musavat.com-a heç bir açıqlama vermirik” deyərək telefonu söndürüb.
Nəsimi Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamaq cəhdləri də cavabsız qalıb.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezidentin cavablandırdığı suallar - Tam mətn
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Prezident sərəncam imzaladı
Media nümayəndələri təltif edildi - Siyahı
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Evi sökülən şəxslə MTK-nın davası: Bir milyon istəyirlər...
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
“100 minə görə 4 balamı anasız qoyursunuz”-VİDEO 2026-06-28 , 20:40
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO 2026-06-28 , 20:38
Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu 2026-06-28 , 20:37
Vatikan da dözmədi, dözmədi, bu dəfəki növbəti İsaya! 2026-06-28 , 20:36
“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO 2026-06-28 , 20:35
AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış 2026-06-28 , 20:31
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani 2026-06-28 , 20:31
"Sənətə gəlişimi ona borcluyam" 2026-06-28 , 20:30
Rüfət Axundovun oğlu ilə "gilas" davası - VİDEO 2026-06-28 , 20:28
"İsa Həbibbəyli, bu görüntülərdən sonra istefa verib getməlisən!" – Qənirə Ataşdan sərt çağırış 2026-06-28 , 20:27
İsrail hökuməti “ erməni soyqırımı”na səs verdi 2026-06-28 , 20:19
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı 2026-06-28 , 20:16
Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur 2026-06-28 , 20:14
Masonların Bakıda gizli toplantısı: Kritik qərarlar verildi – FOTO 2026-06-28 , 20:13
Netanyahudan "erməni soyqırımı" ilə bağlı açıqlama: QƏTİ ŞƏKİLDƏ... 2026-06-28 , 20:12
Cəmi 4 avtobus var, onlar da qrafikə uyğun işləmir - Ceyranbatandan şikayət 2026-06-28 , 20:11
Leyla Əliyevadan paylaşım – VİDEO 2026-06-27 , 20:33
İsrailin “erməni soyqırımını tanımaq” təşəbbüsünə Ermənistandan şok cavab 2026-06-26 , 22:15
Anar Bağırovun sədrliyi ilə BDU-da magistrantların dissertasiyası müdafiə olunub - FOTO 2026-06-26 , 20:35
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı 2026-06-25 , 17:17
Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA 2026-06-25 , 17:15
Novxanı çimərliyində xəndək qalmaqalı - Səbəb bu imiş 2026-06-25 , 17:14
TƏBİB-dən Fərhad Mehdiyevə cavab 2026-06-25 , 17:13
Sumqayıtda real təhlükəyə çevrilən yataqxana 2026-06-25 , 17:12
Çinarə qızını göstərdi – VİDEO 2026-06-25 , 17:09
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Prezident səfiri geri çağırdı - Sərəncam 2026-06-25 , 17:01
FHN Aqşin Fatehin restoranını bağladı - Foto 2026-06-25 , 16:59
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - Fotolar 2026-06-25 , 16:56
İlham Əliyev 8 fərman imzaladı 2026-06-25 , 16:55
Prezident sərəncam imzaladı 2026-06-25 , 16:54
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO 2026-06-24 , 15:40
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - FOTO 2026-06-24 , 15:34
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ 2026-06-24 , 15:33
Sabah yağış yağacaq - axşam güclənəcək 2026-06-24 , 15:32
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı 2026-06-24 , 15:29
Mask trilyonçu statusunu itirdi 2026-06-24 , 15:28
“82 yaşım var, bu mənim son arzumdur” – Şeyx Əbdül 2026-06-24 , 15:26
Pediatrdan valideynlərə sərt xəbərdarlıq: “Uşaqlara qarpız verməyin” 2026-06-24 , 15:25
"Ürəyi 3 saat 40 dəqiqə döyündü" - Fərhad Mehdiyevdən tibbi xidmətə daha bir irad 2026-06-24 , 15:21
Sabah Aşuradır 2026-06-24 , 15:19
Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu 2026-06-24 , 15:18
Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq 2026-06-24 , 15:17
“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” - Nazir 2026-06-24 , 15:16
Şəxsi həyatı ilə bağlı suala əsəbiləşdi - Foto 2026-06-24 , 15:11
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır 2026-06-24 , 15:01
“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto 2026-06-24 , 14:59
Vəfat edən əsgərlə bağllı məhkəmə - ciddi səhlənkarlıq faktları açıqlandı 2026-06-24 , 14:56
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03