Elmira Axundovanın yaxın adamı məhkəmə zalında qandallandı – 8 milyonluq dələduzluq işi
Ramiz Mehdiyevi özünə “ağsaqqal” elan etmiş sabiq səfir Elmira Axundovanın yaxın adamı, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimov yenidən həbs olunub.
Musavat.com xəbər verir ki, həbs qərarı bu gün, yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Məhkəmə hökmünü icra etmədiyinə, mülki iddia üzrə ödənişdən qəsdən yayındığına görə Elnur İbrahimov məhkəmə zalında qandallanıb. O, cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan, sabiq səfir Elmira Axundovanın adının hallandığı qalmaqallı cinayət işində fiqurantlardan biridir. Cinayət işi materiallarında Elmira Axundovanın səs yazıları, həmçinin Elnur İbrahimovun onun evinə günaşırı 5 min manat göndərməsini təsdiqləyən, indiyədək hüquqi qiymət verilməmiş sübutlar mövcuddur. Bugünkü məhkəmə prosesində hakim Elnur İbrahimovdan xüsusilə külli miqdarda vurduğu zərəri niyə ödəmədiyini soruşub. İbrahimov bunu “imkansızlığı” ilə əsaslandırmağa çalışıb. Hakim isə iş materiallarında onun Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödədiyini təsdiqləyən sənədin olduğunu xatırladıb. Bu sənəd borclu Elnur İbrahimovun real ödəmə qabiliyyətinə malik olduğunu açıq şəkildə göstərir. Elnur İbrahimov həmin sənədin “formal və şablon xarakterli” olduğunu iddia edərək bildirib ki, guya nə o, Həbib Axundova 55 min manat verib, nə də Həbib Axundov bu pulu ondan qəbul edib. Beləliklə, vaxtilə Bakı Apellyasiya Məhkəməsinə Həbib Axundov tərəfindən təqdim edilən və onun cəzasının yüngülləşdirilməsinə səbəb olan “ödəmə ərizəsinin” faktiki olaraq yalan üzərində qurulduğu üzə çıxıb.

Hakim icra məmurunun mövqeyinə də ciddi iradlar bildirib. Azərbaycan Respublikası adından çıxarılmış hökmün icra edilməməsinin icra məmurunun qeyri-adekvat və qərəzli mövqeyi ilə bağlı olduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Məhkəmə həmçinin mülki iddiaçı Fərman Məmmədova Elnur İbrahimovun 513 min manat zərər ödəməli olduğunu da hökmdə qeyd edib. Həmin hökmə əsasən, bu ödəniş 5 gün ərzində həyata keçirilməli idi. Reallıq isə tam fərqlidir: hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınıb.
Əvəzində, Elnur İbrahimov mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat ödəyib. Bu fakt onun real ödəmə qabiliyyətini, eyni zamanda Fərman Məmmədova aid hökm hissəsinin qərəzli şəkildə icrasından yayındığını açıq şəkildə sübut edir. Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilən rəsmi şikayət ərizəsində əksini tapmışdı. Mülki iddiaçı borclu Elnur İbrahimovun bu hərəkətlərinə görə cəzalandırılmasını xahiş etmişdi. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov təqdim edilən sənədləri araşdırmayıb, onları elektron məhkəmə sisteminə yükləməyib. Daha da pisi, Həbib Axundova edilən 55 min manatlıq ödəniş ümumiyyətlə nəzərə alınmayıb. Qanuna görə, tərəflərin məhkəməyə təqdim etdiyi bütün sənədləri icraat materiallarına əlavə etməli, elektron sistemə yükləməlidir. Elnur İbrahimovun işində isə sənədlər seçmə üsulu ilə formalaşdırılıb. Mülki iddiaçı Fərman Məmmədovun təqdim etdiyi sübutlar Nəsimi Rayon Məhkəməsində faktiki olaraq “yoxa çıxıb”. Bu artıq texniki səhlənkarlıq deyil, şüurlu şəkildə icra materiallarının natamam təqdim olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev məhkəməyə təqdim olunan sənədləri diqqətlə araşdırıb və Elnur İbrahimovun həbsinə qərar verib.

Bu qalmaqallı işin kökü 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları adı altında böyük gəlir vəd olunub. Bu yolla Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat yığılıb. Lakin realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dələduzluq sxemi ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər. Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənləri “pullar qaytarılacaq” vədləri ilə sakitləşdirməyə çalışıb. Sonrakı mərhələdə isə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov arvadı Nərgiz İbrahimova ilə birgə gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk ediblər və Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıblar. İnterpol xətti ilə axtarışda olan Elnur İbrahimov yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. İş üzrə məhkəmə baxışı zamanı Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyata alınıb və Ramiz Mehdiyev tərəfindən hakimə yönləndirilib. Bu isə faktiki olaraq məhkəməyə təzyiq mexanizmi kimi qiymətləndirilir. Hakim Rahib Salmanov məktubdan sonra iş materiallarındakı Elmira Axundovanın səs yazılarına, oğlu Həbib Axundovun prosesdə iştirakını təsdiqləyən sübutlara hüquqi qiymət vermədən onların üzərindən sükutla keçib. Nəticədə işdə vasitəçi olan Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası təmin olunub. Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu müddətdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, əvəzində mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat qaytarıb. Bu fakt onun ödəmə qabiliyyətinə malik olduğunu və məqsədli şəkildə hökmün icrasından yayındığını açıq göstərir. Mülki iddiaçı Fərman Məmmədov ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
Elmira Axundova dünən “ağsaqqalım” dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14