Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsinə milyonlarla dollar sərmayə yatırması vaxtilə Azərbaycan diplomatiyası üçün biabırçı böhrana çevrilmişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin ifşa etdiyi bu fakt nəticəsində Kiyev rəsmi Bakıya nota göndərmişdi.Dövlətimizin beynəlxalq nüfuzunu sarsıdan bu olayda Ramiz Mehdiyev nə etdi?
O, dövlətin maraqlarını deyil, öz biznes şərikini müdafiə etdi! Prezident Administrasiyasında keçirdiyi qapalı müşavirədə günahı Elton Məmmədovda yox, Azərbaycan səfirində və korrupsiya idarəsində axtardı. Bir neçə gün sonra həmin səfir geri çağırıldı. Çox keçmədi ki, Mehdiyevin ən sadiq kadrı, ona “ağsaqqalım, dostum, sirdaşım” deməkdən yorulmayan, “Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitab olmalıdır” deyən Elmira Axundova Ukraynaya səfir təyin olundu. Aydın idi ki, bu, diplomatik təyinat yox, “səfir alveri” idi. Elmira Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici. Bu məsələni qaldıranlara isə qeyri-adekvat cavablar verilirdi.Yenilik.az musavat.com-a istinadən xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, Axundova bu postu külli miqdarda rüşvət qarşılığında əldə etmişdi. Heç kim bu iddianı təkzib etmədi.
Demokrat.az-ın yazdığına görə, o zaman Mehdiyevin Ukraynaya “yola saldığı” səfirin əlinə xüsusi tapşırıqlar verilib. Kiyev vilayətinin Makarov qəsəbəsində Ramiz Mehdiyevin nəhəng donuz ferması və kolbasa zavodu fəaliyyət göstərir. Bəli, Azərbaycan xalqına “elm”, “mənəviyyat”, “əxlaq” dərsi keçən Ramiz Mehdiyev əslində “donuz biznesi” ilə məşğul imiş. İroniya ondadır ki, Qarabağda erməni separatçılarının başçılarının qurduğu biznesi Ukraynanın separatçılar tərəfindən işğal olunmuş torpaqlarında Mehdiyev təkrarlayıb! Zavodun məhsulları Ukraynadan Azərbaycan bazarına da idxal olunub. Bu müəssisəyə tez-tez baş çəkən isə onun oğlu, general Teymur Mehdiyev olub. Beləcə, Elmira Axundovanın “ağsaqqalı” “kolbasa mafiyası”nın “matriarxı”na çevrilib.44 günlük Vətən müharibəsindən sonra Elmira Axundovanın Ukraynada sərgilədiyi mövqe xəyanətin diplomatik forması kimi açıq şəkildə görünürdü. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu canı-qanı bahasına torpaqları azad edərkən, Elmira Axundova Kiyevdə oturub dövlətin qələbəsinə kölgə salırdı. 2020-ci ilin noyabrında, Ermənistan kapitulyasiya aktına imza atandan az sonra Axundova Ukraynanın “Svoboda Slova” televerilişinə qatılaraq, Türkiyənin rolunu danıb, Rusiyaya minnətdarlıq bildirib. Bəli, Ramiz Mehdiyevin səfiri, Azərbaycan Ordusunun və Prezident İlham Əliyevin adını çəkmədən, “bizə Türkiyə kömək etmədi” deyə açıqlama vermişdi. Halbuki hər kəs qələbənin qazanılmasında İlham Əliyev, ordu və xalq birliyindən danışırdı.
Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunması ilə o günlərdə baş verənlərin alt qatı daha aydın sezilir. Elmira Axundovanın səfir olaraq danışıqları Azərbaycana qarşı təkcə diplomatik rüsvayçılıq deyildi, ideoloji xəyanət idi.Həmin çıxışda səfirin mövqeyi ilə Mehdiyevin illərlə gizlətmədiyi anti-Türkiyə, antimilli xətt üst-üstə düşürdü. Ona görə də Elmira Axundova istintaqa cəlb edilməlidir. Bu gün ortada olan məlumatlar Elmira Axundovanın da istintaqa cəlb edilməsini labüd edir. O, təkcə Mehdiyevin təyin etdiyi səfir olmayıb, onun xarici şəbəkəsinin açar fiqurlarından biri kimi fəaliyyət göstərib. Axundova Ukraynada Mehdiyevin maraqlarını qoruyub. Bu faktlar hüquq-mühafizə orqanları üçün artıq prosessual hərəkətlərin başlanması üçün kifayət qədər əsas verir. Axundovanın istintaqa cəlbi ilə Ramiz Mehdiyevin xarici əlaqələri ifşa oluna bilər.
Bütün bunların fonunda Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyevin hələ də nazir müavini postunda saxlanılması ciddi suallar doğurur. Atası dövlətə xəyanət, çirkli pulların yuyulması və səlahiyyətdən sui-istifadə ittihamı ilə istintaq altındadırsa, oğlu necə olur ki, dövlətin yüksək postunda fəaliyyətini davam etdirir?Bu, təkcə etik məsələ deyil, həm də dövlət idarəçiliyinin prinsipiallığına zərbədir. Ramiz Mehdiyevin sisteminin qalıqları hələ də vəzifə kreslolarında əyləşibsə, bu, o deməkdir ki, “xəyanət şəbəkəsi” tam ləğv olunmayıb. Dövlətin maraqları naminə bu zəncirin hər halqası, istər Mehdiyev, istər Axundova, istərsə də onun ailə üzvləri tam hüquqi məsuliyyətə cəlb edilməlidir.
Ramiz Mehdiyev bu gün ev dustaqlığında olsa da, onun illərlə formalaşdırdığı gizli sistem hələ də siyasi və iqtisadi müstəvilərdə izlərini saxlayır. Dövlətin uzun illər susduğu bu xəyanət şəbəkəsinin ifşası Azərbaycan üçün təkcə bir istintaq işi deyil, həm də milli təhlükəsizliyin bərpası prosesidir.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON FAKTLAR
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Mehdiyevin Azərbaycanı məhv etmək MİSSİYASI: Ramiz Ənvəroviç rus kəşfiyyatının planını necə həyata keçirib?
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03
“Deyirlər, 18 yaşı tamam olmuş qəşəng qızlarınız var...” - VİDEO 2026-06-23 , 17:00
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO 2026-06-23 , 15:41
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO 2026-06-23 , 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO 2026-06-23 , 15:31
Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR 2026-06-23 , 15:29
"Onun-bunun üçün ölməyin" - Nadir Qafarzadə 2026-06-23 , 15:28
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO 2026-06-23 , 15:02
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurum yarım milyonluq fəhlə paltarı və digər zəruri mallar alır 2026-06-23 , 15:00
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir - FOTO 2026-06-23 , 14:59
Nadir: Onun bir az xəsisliyi də var... Allah köməyi olsun 2026-06-23 , 14:58
Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTO 2026-06-23 , 14:57
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert 2026-06-23 , 14:55
Qalmaqal böyüyür: Aysun yaxın çevrəsini hədəfə aldı - VİDEO 2026-06-23 , 14:54
Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO 2026-06-23 , 14:50
Nəsrin atası və həyat yoldaşı ilə - FOTO 2026-06-23 , 14:42
"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO 2026-06-23 , 14:40
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video 2026-06-23 , 14:36
Prezidentlər Şuşanı gəzdilər - Video 2026-06-23 , 14:32
Daşaltı kəndinin fonunda - Fotolar 2026-06-23 , 14:31
Nazilə Səfərli izləyicindən polisə şikayət etdi 2026-06-23 , 14:22
Prezidentin Şuşada uşaqlarla səmimi görüşü - VİDEO 2026-06-23 , 14:20
Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri 2026-06-23 , 14:17
Bakı zooparkı ləğv olunur 2026-06-23 , 14:16
Murad Arif: “Xəzər Bodrumdan təhlükəlidir” 2026-06-23 , 14:15
Ermənistanın yeni prezidentinin adı açıqlandı 2026-06-23 , 14:13
"Olivia"da yoxlamalara əngəl olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 2026-06-23 , 14:12
Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…” 2026-06-23 , 14:09
Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti 2026-06-23 , 14:07
Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı 2026-06-23 , 14:06
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar – FOTOLAR 2026-06-23 , 14:00
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır 2026-06-23 , 12:00
Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı 2026-06-23 , 11:00
Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib - FOTO 2026-06-22 , 19:55
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto 2026-06-22 , 12:38
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – Şikayət 2026-06-22 , 12:32
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub 2026-06-22 , 12:31
Fuad Nəcəfli haqda sensasiya – “Bu məsələ ortaya çıxsa…” 2026-06-22 , 12:29
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO 2026-06-22 , 12:28
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib 2026-06-22 , 12:19
"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi 2026-06-22 , 12:16
"Susub içimə atıram, danışanda da aləm bir-birinə dəyir" 2026-06-22 , 12:14
“Qarabağ”dan Elvin Cəfərquliyev ilə bağlı gözlənilməz addım 2026-06-22 , 12:12
Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO 2026-06-22 , 12:12
Azərbaycanda qadınların pensiya yaşı artırılacaq - Gələn həftədən 2026-06-22 , 12:11
Anar Bağırov:"İnsanları sevin, onlara diqqət və qayğı ilə yanaşın, insanlığınızı heç vaxt itirməyin" 2026-06-22 , 06:11