Sabiq səfirin adı yarım milyonluq dələduzluq işində
İşin kökü Elmira Axudnovanın evinə gedib çıxır
Musavat.com xəbər verir ki, hakim Səadət Səlimovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında cavabdeh Elnur İbrahimov dələduzluq yolu ilə ələ keçirdiyi 350 min manat məbləğin indeksasiya olunmasını “texniki səhv” kimi təqdim etməyə cəhd göstərib. Lakin iş materiallarını araşdıran məhkəmə belə bir texniki səhvin mövcud olmadığı qənaətinə gəlib və Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədirovanın verdiyi indeksasiya qərarının qanuni və əsaslı olduğunu təsdiqləyib.
Sabunçu Rayon Məhkəməsinə indeksasiya iddiası ilə müraciət edən zərərçəkmiş şəxs Fərman Məmmədov olub. O, Elnur İbrahimovun dələduzluq əməlləri nəticəsində 350 min manat maddi zərərə məruz qaldığını bildirib.
Musavat.com xəbər verir ki, iddiaçı-tələbkar Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(101)-75/2019 saylı hökmü ilə cavabdeh (borclu) Elnur Rauf oğlu İbrahimovdan onun xeyrinə tutulmalı olan məbləğin ötən təxminən 6 il üçün, hər il ayrıca göstərilməklə indeksasiya edilməsini tələb edib.
Məsələ burasındadır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Elnur İbrahimovun Fərman Məmmədova 350 min manat maddi ziyan vurduğunu təsdiqləyib və həmin məbləğin ondan tutulması barədə hökm çıxarıb. Hökmün icrası Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Lakin icra məmurunun tam hərəkətsizliyi nəticəsində nə Elnur İbrahimovun əmlakına həbs qoyulub, nə də zərərçəkmiş şəxsə 1 manat belə ödəniş edilib. Sabunçu Rayon Məhkəməsi icra məmurunun bu hərəkətsizliyini qanunsuz hesab edən ayrıca qərar çıxarsa da, buna baxmayaraq, yenə də faktiki icra tədbirləri görülməyib.
Sabunçu Rayon Məhkəməsi Fərman Məmmədovun indeksasiya tələbini haqlı sayaraq qərara alıb ki, ona dəymiş 350 min manatlıq zərər inflyasiya və vaxt amili nəzərə alınmaqla indeksasiya edilsin. Nəticədə ödənilməli olan ümumi məbləğ 513 min manat müəyyən edilib.
Əslində, bu qalmaqallı hadisələrin başlanğıcı 2013-cü ilə təsadüf edir. Elmira Axundovanın deputat mandatı daşıdığı dövrdə o, oğlu Həbib Axundovu yaxın çevrəsində “iş adamı” kimi təqdim etməyə başlayıb. Bildirilib ki, Həbib Axundov Dubaydan dəftərxana ləvazimatları gətirəcək, onları dövlət qurumlarına satacaq və əldə olunan gəlir dividend kimi sərmayə qoyan şəxslər arasında bölüşdürüləcək. Bu vədlərlə Elmira Axundovanın ətrafında olan şəxslərdən, o cümlədən ailə dostlarından, hətta deputatlığa namizəd olduğu dövrdə iki dəfə vəkili olmuş şəxsdən ümumilikdə 8 milyon manata yaxın vəsait toplanıb. Lakin sonradan məlum olub ki, bu “biznes” faktiki olaraq kağız üzərində qurulmuş sxemdən ibarət imiş. Divident adı ilə geri qaytarılan vəsaitlər də əslində zərərçəkənlərin öz pullarının cüzi hissəsi olub. Pul axını dayandıqdan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər. Bu mərhələdə Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənlərə “narahat olmayın, bəzi dəqiqləşdirmələrdən sonra pullar qaytarılacaq” vədləri verib.
Hadisələrin sonrakı mərhələsində “günah keçisi” kimi Elnur İbrahimov önə çıxarılıb. Bütün pulların guya ona çatdığı görüntüsü yaradılıb. 2013-cü ilin avqust ayında Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra isə Elnur İbrahimov gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk edib və Rusiyada yoxa çıxıb. Azərbaycan hüquq-mühafizə orqanları onu təxminən 3 il ərzində tapa bilməyib. Sonradan bilinib ki, o, ailəsi ilə birgə Moskvada zərərçəkmişlərdən alınan pullar hesabına kef çəkirmiş…
Nəhayət, 2016-cı ildə Elnur İbrahimov həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə prosesində zərərçəkmişlərdən biri olan Fərman Məmmədov Elmira Axundova, onun oğlu Həbib Axundov və Elnur İbrahimova qarşı mülki iddia qaldırıb. Lakin məhkəmə həmin iddianı yalnız Elnur İbrahimova aid hissədə təmin edib və 350 min manatın onun tərəfindən ödənilməsinə qərar verib, onu 9 il müddətinə azadlıqdan məhrum edib.
Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddia üzrə Fərman Məmmədova 1 manat belə ödəmədiyi halda, Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat pul ödəyib. Bu fakt Elnur İbrahimovun ödəmə qabiliyyətinin olduğunu açıq şəkildə ortaya qoyur. Ödəmə qabiliyyətli birinin xüsusilə külli miqdarda ziyanı ödəməkdən boyun qaçırması da ayrıca məhkəmə mövzusudur.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55