“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən 167 mənzillik “Pilot Residence” MTK-nın sakinlərlə problemləri ilə bağlı mediada davamlı olaraq məlumatlar dərc edilir.
Xüsusilə qeyd edək ki, sakinlər tərəfindən təsis olunmuş təşəbbüs qrupunun vəsaiti hesabına ərazidə abadlaşma işləri aparılıb. Belə ki, asfalt örtüyü çəkilib, təmizlik işləri aparılıb, ərazi dekorativ ağac və kollarla bəzədilib. Lakin bu dəfə binanın qarajının pandusunu təmir etmək istəyən zaman, MTK rəhbərliyi tərəfindən buna maneə yaradılıb.Xatırladaq ki, bir müddət öncə Bakı Appelyasiya Məhkəməsi MTK-nın appelyasiya şikayətini rədd edərək, Səbail Məhkəməsinin “Pilot Residence” ərazisində bütün qanunsuz tikililərin ləğvi barədə Qətnaməsini dəstəkləməklə MTK tərəfindən aparılan qanunsuz tikintilərin dayandırılması və o cümlədən bu günə qədər qanunsuz inşa olunan tikililərin söküntüsünə qərar verilib. Lakin Babək İsmayılovun rəhbərlik etdiyi bu tikinti şirkəti heç bir tədbir görməyib, əksinə yeni qanunsuz addımı ilə növbəti dəfə sakinlərin qəzəbinə tuş gəlib. Belə ki, o, sakinlərin istirahəti zamanı – həftənin şənbə günü özünə aid olan və ofis kimi istifadə edilən 2-ci mərtəbədə səhər saatlarından başlayaraq təmir işləri həyata keçirib. Daha dəqiq, 1-ci blokun 2-ci mərtəbəsində yerləşən mənzil-ofis Babək İsmayılov tərəfindən stomatoloji klinika təyinatı ilə icarəyə verilib və orada aparılan əsaslı təmir klinikanın lisenziya ala bilməsi və fəaliyyəti üçündür. Bu ofis-mənzilin girişi layihədə MTK ofisindən olmalıydı, lakin Babək İsmayılov bu ofisin öz ofisilə girişini hörüb, beləliklə sakinlər üçün yeganə giriş 1-ci blokun lifti ilə mümkün olub. Eynilə stomatoloji klinikanın pasiyentləri sakinlərin blok və liftindən istifadə edərək klinikaya giriş-çıxış edəcək.
Əvvəla, bu, qanunsuzdur – qeyri-yaşayış və yaşayış mənzillərinin vahid girişi rəsmi qadağandır. Sakinlər üçün bu vəziyyət ÇOX CİDDİ PROBLEMLƏR yaradacaq.
Bu kimi qanunsuzluqlar üçün Babək İsmayılov və onun cinayətkar komandası binanı əldən buraxmaq istəmir. Həmçinin B.İsmayılov heç bir sakinin gündəlik məişət və istirahət şəraitini vecinə almayaraq, öz bildiyini etməklə özbaşınalığına davam etməkdədir. Bina sakinlərinin dincliyinə mane olduğundan, mövcud qayda pozuntusuna görə sakinlərin müdaxiləsindən sonra işləri dayandırılıb.
Bununla da kifayətlənməyən MTK rəhbəri Ali Məhkəməyə kassasiya şikayəti verdikdə isə şaiyə yayıb ki, məhkəmənin sədri İnam Kərimov onun qohumu olduğundan guya onun xeyrinə qərar veriləcək.
Sakinlər MTK-nın bu kimi qanun pozuntuları barədə saytımız vasitəsilə Prezident İlham Əliyevə yenidən məktub ünvanlayıblar. Onlar ölkə başçısına ünvanlanan məktubda, “Pilot Residence” MTK, onun təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Babək İsmayılovun qanunsuz hərəkətlərinə son qoyulmasını, Ali Məhkəmənin icraatında olan 2 (102)-462/2025 saylı mülki işin nəzarətə götürülərək pozulmuş hüquqlarmızın bərpa olunmasını və qanuni şəkildə həqiqi Müştərək Cəmiyyəti yaradıb, binanı idarə etmək, Mənzil Məcəlləsi ilə mənzil sahiblərinə yaradılmış hüquqlarımızın reallaşması üçün məsul dövlət orqanı olan Səbail Rayonu İH-nin müvafiq şərait yaradılmasına göstəriş verilməsini xahiş ediblər:Məktubun məzmununu olduğu kimi təqdim edirik:
“Biz, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, Ev 7-15 ünvanında yerləşən və “Pilot Residence” MTK tərəfindən inşa olunmuş Yaşayış Binasının mənzil mülkiyyətçiləri, Sizə müraciət edərək mülkiyyət hüquqlarımızın müdafiəsi istiqamətində iştirakınızı xahiş edirik.
Yaşayış binamızın Səbail Rayonu İcra Hakimiyyətinin müvafiq Sərəncamı və 2 İyun, 2017-ci il tarixli, 3/10-497 saylı Səbail Rayonu İH tərəfindən təsdiqlənmiş rəsmi Layihəsinə uyğun olaraq tikintisi həyata keçirilmiş, 30 Yanvar, 2023 il tarixində isə Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən Dövlət Qəbulu aktlaşdırılmışdır. Mənzil sahibi olaraq mülkiyyət hüquqlarımız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən müvafiq Çıxarışlarla təsdiqlənmişdir.
2019-cu ildən etibarən, hələ inşaat prosesi davam etməkdə olan müddət ərzində, “Pilot Residence” MTK dövlət əlaqələndirilməsi prosesinə riayət etmədən və müvafiq dövlət orqanlarının təsdiqini almadan Səbail RİH-nin 2017-ci ildə təsdiq etdiyi Layihədən əhəmiyyətli dərəcədə kənarlaşmalara yol vermiş, Binamızın həyətində 850 m2 qanunsuz Ticarət Obyekti və digər qanunsuz tikililər inşa etmişdir. Yuxarıdakı layihədənkənar qanunsuz tikililərin mövcudluğu AR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi və digər səlahiyyətli dövlət orqanları (AR FHN-nin Tikinti Təhlükəsizliyi, AR FHN-nin Yanğına Nəzarəti və s.) tərəfindən təsbit olunmuş, müvafiq Rəy və Arayışlarla təsdiqlənmişdir. Nəticədə, MTK binada yaşayan bütün sakinlər üçün qarşısıalınmaz maneələr törətmiş, həyat və sağlamlığımızı təhlükə altına atmışdır.
Yuxarıdakı mövzu barədə sakinlərin reaksiyası, KİV-lərdə operativ yer tapması və müvafiq dövlət qurumlarının – 1-ci Vitse-Prezidentin katibliyi, Heydər Əliyev Fondunun, FHN-nin Tikinti Nəzarəti və FHN-nin Yanğına Nəzarəti və Bakı Şəhərsalma Baş İdarəsi – tərəflərindən müdaxilələr nəticəsində 2021-ci ildə həyətimizin ərazisindəki qanunsuz tikililərin genişlənməsi nəhayət dayandırılmış, mövcud qanunsuz tikililərin ləğv olunması tələbi isə Səbail Rayon Məhkəməsi və Bakı Appelyasiya Məhkəməsi tərəflərindən 2023 və 2024-cü illərdəki müvafiq qətnamələrilə tam təsdiqlənmişdir.
Lakin “Pilot Residence” MTK və onun sahibi Babək İsmayılov üçün binamızın ərazisindəki 2019-2021-ci illər ərzində inşa etdiyi bu qanunsuz obyekt və tikililər də kifayət etmir. Belə ki, 1) həyətimizin ərazisində yeni qeyri-yaşayış obyektlərinin inşasına və buna da əlavə olaraq 2) qonşuluqdakı “Kaspian” MTK ilə birgə binamızın giriş-çıxış yolunda yeraltı tunnel inşa etməklə, qanunsuz tikililərin həcmi və mahiyyətini genişləndirmək səylərindən hələ də çəkinmir. Bu məqsədlə “Pilot Residence” və “Kaspian” MTK-lar dövlət təsdiqli 2017-ci ilin rəsmi Layihəsindən və Həyətin Baş Planından əsaslı kənarlaşmaları əsaslandırmaq məqsədilə tamamilə yeni Layihələr hazırlamış və güya ki, FHN-nin “Dövlət Ekspertiza İdarəsindən” müvafiq olaraq 2019 və 2021-ci illərdə dövlət təsdiqi əldə etmişlər. Halbuki, nə Şəhərsalma və Tikinti Məcəlləsi, nə də ki FHN-nin daxili qaydalarına görə FHN-nin Çoxmərtəbəli Yaşayış Binaları və ya ərazisində hansısa əsaslı inşaat nəzərdə tutan tikinti layihələrinə DÖVLƏT TƏSDİQİ vermək səlahiyyəti mövcud olmayıb və yoxdur. Xüsusi qeyd etməliyik, Fövqaladə Hallar nazirinə müraciətimizə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Pilot Residence”-in ərazisində hansısa obyekt və ya qazma işlərinin aparılmasına dövlət təsdiqi vermədiyi, əksinə “Pilot Residence” MTK-nın 2019-2021-ci ildəki qanunsuz işlərinə görə FHN-nin TTN Agentliyi tərəfindən ciddi sanksiyalara məruz qalmaları bildirilmişdir.
Təəssüflə bildiririk ki, cari situasiyanı görməməzliyə vuran, Səbail Rayonu İcra Hakimiyyəti, ilk növbədə İH-nin Başçısı cənab Vüqar Zeynalov və İH-nin Başçısının 1-ci müavini Vüqar Şixəmmədov, rəsmi təsdiqlənmiş Layihədəki həyətimizin yarısını zəbt etmiş mövcud qanunsuz tikililərə bəraət qazandırıb, “Pilot Residence” MTK və qonşuluğundakı “Kaspian” MTK tərəfindən dövlət təsdiqi olmayan və elə Səbail İcra Hakimiyyətinin 2017-ci ildə müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Pilot Residence” yaşayış binasının Layihəsi və Baş Planına tam zidd olan qanunsuz qeyri-yaşayış yeraltı və yerüstü obyektlərin inşaatına yuxarıda qeyd olunmuş MTK-lar üçün şərait yaratmaqdadır.
2017-ci ilin “Pilot” layihəsi olan “Pilot Residence” yaşayış layihəsi üzrə məhs yerli icra hakimiyyəti icraatına dövlət nəzarəti funksiyasını həyata keçirir. Belə halda təbii sual yaranmaqdadır ki, Layihəyə birbaşa nəzarəti həyata keçirən İcra Başçısı Vüqar Zeynalov və onun Apparatı 2019-2021-ci illər ərzində 2017-ci ildə rəsmi təsdiqli Layihədən bu qədər fövqaladə kənarlaşmalara necə yol verib? Və hətta Dövlət Qəbulundan Səbail RİH-nin Aktı ilə 2023-cü ildə keçdikdən sonra binanın həyat və ərazisində MTK tərəfindən yeni qeyri-yaşayış inşaatlarının aparılması niyyətinə Səbail Rayonu İH-nin rəhbərliyi niyə reaksiya vermir?
Diqqətinizə çatdırırıq ki, yaşayış binamız 2023-cü ildə Dövlət Qəbulundan keçdikdən sonra Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə tam uyğun şəkildə “Pilot Residence” yaşayış binasındakı mənzil və digər sahə mülkiyyətçiləri Ümumi İclasını keçirməklə, binamızı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti formatında idarəetməsini həyata keçirməyi qərarlaşdırmışıq. Bu məqsədlə Mənzil Mülkiyyətçiləri sırasından binada daimi yaşayan 5 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərdən ibarət Təftiş Komissiyası formalaşdırılmış, bina idarəetməsini əhatə edən müvafiq sənədlər hazırlanmışdır.
Lakin MTK-nın təsisçisi və faktiki rəhbərliyi həyata keçirən Babək İsmayılovun göstərişinə əsasən Dövlət Qəbulundan keçmiş binamızın sakinlərinə və bina təsərrüfatının Sakinlərin Təşəbbüs Qrupuna təhvil verilməsinə müxtəlif bəhanələrlə MTK imtina edir. Mənzil Məcəlləsinə tam zidd olaraq, Babək İsmayılovun rəhbərliyi altında MTK qanunsuz inşaatların genişləndirilməsi və əsassız kommunal yığımlarını nəzarətində saxlamaq məqsədilə 2023-2024-cü illər ərzində Ümumi İclas keçirmədən sakinlərin adına Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətinə düşmüş, “Səbail-23” Cəmiyyətinin qurulması barədə mənzil sahiblərinin imzalarını saxtalaşdırmaqla etibarsız Protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə bir neçə dəfə təqdim etmişdir. Belə ki, MTK tərəfindən Ədliyyə Nazirliyinə təqdim olunan mənzil sahiblərinin imzalarının əhəmiyyətli qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin etibarsız olduğuna isə ciddi əsaslar mövcuddur.
Bəllidir ki, Babək İsmayılovun niyyəti binamız və sakinlərinə xidmət etmək deyil, məqsəd binamızın həyətində yeni qanunsuz kommersiya tikililəri və binamızın girişndə qanunsuz yeraltı dayanacaqlar üçün yeraltı qazma işlərinə şərait yaratmaqdır. Biz, Mənzil Mülkiyyətçiləri, bu Məktubla tələb edirik ki, Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Başçının 1-ci müavini Vüqat Şixəmmədov “Pilot Residence” MTK-nın sahibi Babək İsmayılovun 2019-2021-ci illərdə apardığı qanunsuz tikinti işlərinin həcm və miqyasının hazırda genişləndirilməsi səylərinə verdikləri dəstəyi dərhal dayandırıb, A.R. Şəhərsalma və Tikinti Məcəlləsi və A.R. Mənzil Məcəlləsinin tələblərinə riayət etsinlər.
Möhtərəm Prezident, pozulmuş hüquqlarmızın bərpa olunması və yaşadığımız binanda qanunsuz tikilərin sökülməsi tələbi ilə bağlı Səbail Rayon Məhkəməsinə sakinlər olaraq iddiaçı qismində müracət etmiş və iddiamız qismən təmin olunmuşdur. Bundan sonra “Pilot Residence” MTK və digər cavadbehlər apellyasiya şikayəti vermiş, ancaq apellyasiya şikayətləri təmin olunmadan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Həmin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3511/2024 saylı, 29.08.2024-cü il tarixli qətnaməsindən “Pilot Residence” MTK və MTK-nın təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Babək İsmayılovun atası İsmayıılov Əli Museyib oğlu kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinində əsası kimi göstərmişlər ki, guya biz iddiaçıların, yəni “Pilot Residence” MTK-nın sakinlərinin qanunsuz tikililərin sökülməsi tələbinin verilməsində subyektiv hüququmuzun olmamasını göstərmiş və apellyasiya şikayətlərindəki eyni ifadələri kassasiya şikayətlərinə köçürmüşlər.
Özbaşınalıq edən MTK-nın rəhbəri Babək İsmayılov qəbul etmək istəmir ki, mənzil sahibləri “Pilot Residence”-in 2017-ci ildə “pilot” layihə qismində Səbail Rayonu İH-nin Qərarı ilə təsdiqlənmiş yeganə rəsmi Layihə sənədinə əsasən qanunsuz tikililərin sökülməsini ondan tələb etmək hüququnun sahibdir. Babək İsmayılov hələdə dövlətimizin qanunlarını və ədalət mühakiməsini anlamaq istəmir və başa düşmür ki, biz sakinlərin ümumi istifadəsində olan binanın hər bir sahəsində hüquqlarımıza toxunulan hər hansı bir hərəkətə görə tələb hüququmuz vardır. Məhkəmə prosesləri ərzində bizim hüquqlamızın pozulması keçirilmiş dövlət ekspertiza rəyləri, dövlət qurumlarının protokolları və rəylərində açıq-aşkar təsdiqlənmişdir.
Son olaraq onu qeyd etmək istərdik ki, Babək İsmayılov bir neçə yerdə bildirmişdir ki, biz sakinlərin məhkəmədə verdiyi tələbləri Ali Məhkəmədə ləğv elətdirəcək. Çünki Ali Məhkəmənin sədri cənab İnam Kərimov güya onun yaxn qohumudur. İnam Kərimovla yaxın münasibəti vardır və İnam müəllimin göstərişi ilə bizim iddiamız üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3511/2024 saylı, 29.08.2024-cü il tarixli qətnaməsi ləğv olunacaq və o yenidən qanunsuz hərəkətlərini davam etdiricəkdir.
Biz təbii ki, belə yalan və boş ifadələrə inanmırıq. Dövlətimizin qanunlarına, ədalətli və müstəqil məhkəmə sistemimizə inanırıq. Babək İsmayılovun danışdığı belə şər və yalan ifadələrin düzgün olmadığını bilirik”.
MTK-larda olan özbaşınalıqların əsas səbəbi nələrdir? Belə ğzbaşınalıqların qarşısı niyə alınmır? Qanunsuz kommersiya tikililərinə niyə icazə verilir?
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
“Pilot Residence” MTK sakinləri qarşısında məsuliyyətdən yayınır... (ŞİKAYƏT)
Akif Çovdarovun müsadirə olunan 30 milyonluq əmlakı: Nələr əlindən alındı? (SİYAHI)
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Hikmət Hacıyev: "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır"
“Binamız keyfiyyətsiz təmir olunub, hər gün kimsə liftdə qalır...”-"SARAY-H" MTK-DAN ŞİKAYƏT
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05