Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "Ev yansa, buradan yanğınsöndürən maşın necə keçsin?!" - ŞİKAYƏT

"Ev yansa, buradan yanğınsöndürən maşın necə keçsin?!" - ŞİKAYƏT

2026-03-10 , 16:49

Sumqayıtda yerli sakinlər əsas giriş-çıxış yolunun qanunsuz şəkildə hasarlandığını iddia edirlər.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, İnşaatçılar qəsəbəsi, "Beton zavod" adlanan ərazidə yol betonla hörülərək bağlanıb və bu da ərazidə yaşayan insanların hərəkətində ciddi çətinlik yaradır.
Şikayətçilər bildirirlər ki, yolun bağlanması fövqəladə hallarda daha böyük problemlərə səbəb olur.
"Gördüyünüz kimi, yolu betonla hörüb kəsiblər. Bu vəziyyətdə buradan "pajarnı" necə keçsin? Hətta bir dəfə burada ev yananda yanğınsöndürən maşının əraziyə daxil olması zamanı ciddi çətinlik yaranmışdı", - deyə sakinlər bildiriblər.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin qısa zamanda aradan qaldırılmasını tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.