Eldar Əzizov xəbərdarlıq etsə də Xətaidə aparılan qanunsuz tikilinin qarşısı alınmır -FOTOLAR
Son vaxtlar Bakı şəhərinin Xətai rayonunda qanunsuz tikintilərin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videolar rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir.
Medianım bu günlərdə yaydığı məlumata görə, bu tikintilərin əhəmiyyətli hissəsi Xətai Rayon İcra Hakimiyyətinin razılığı və nəzarəti altında aparıldığı bildirilir. Qeyd edilir ki, son beş il ərzində rayon ərazisində icra başçısı Rafiq Quliyev və onun yaxın çevrəsinə aid olduğu iddia edilən yüzlərlə obyekt inşa edilib. Məlumata görə, belə qanunsuzluqlara yol verdiyinə görə Rafiq Quliyev bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə çağırılıb, Prezident Administrasiysına olunan şikayətlərlə bağlı ona iradlar bildirilib və rəsmi xəbərdarlıq edilib.
Qeyd edək ki, Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış. Lakin sonradan məlum olmuşdur ki, 10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 həftədir ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəflərlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirməkdədir. Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində işləyən Nurlan və İntiqam adlı vəzifəli şəxslərə isə 20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.
Budur, 1 həftədir ki, Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikmək üçün qazıntı işlərinə başlamış və dərhal heç bir sənəd olmadan, yalnız “gözyumdu” şərtilə aldığı şifahi razılıq əsasında qanunsuz ev tikməyə başlamışdır.Xatırladaq ki, həmin ərazidə digər fiziki şəxslər də qanunsuz olaraq avtomobil qarajı tikmişlər ki, bu da yerli sakinlərin istirahət və hərəkətini məhdudlaşdırır. Və hazırda da tikintinin davam etdiyi bildirilir. Qanunsuz evin tikintisi üçün Azər və Nurlan adlı vəzifəli şəxslərin Tahirə 10 gün vaxt verdikləri də bildilir. 10 mərtəbəli yaşayış binlarının qarşısında, minlərlə sakinlərin gözləri qarşısında insanların haqlı narazılığına qarşı saymazyana davranaraq qanunsuz ev tikintisi üçün Tahir adlı şəxsə hələlik yerli rəsmilərdən kimsə DUR -demir. Bu da bir daha onu sübut edir ki, özbaşına tikintiyə icazə verən aidiyyatı vəzifəli şəxslərin maddi maraqları yuxarıda qeyd edildiyi kimi tam təmin edilmişdir. Belə olmasaydı, Tahirin inşa etdiyi daşları dərhal onun başına uçurardılar. Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir makler olan Tahir adlı fərdin özbaşnalıqlarına qanunvericilik daxilində son qoyulacaqdır.
Bir mətbu orqan olaraq rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlardan belə aydın olur ki, ərazidəki özbaşına ev tikintisi nəinki yerində araşdırılmış və işlərin müvəqqəti də olsa dayandırılmasına göstəriş verilmiş, əksinə istər yerli İcra Hakimiyyəti səlahiyyətliləri və istərsə də Arxitektura və Şəhərsalma Komitəsinin yanvarın 7-də hadisə yerinə təşrif buyurmuş komissiya üzvləri sadəcə tikiliyə baxış keçirmiş və heçnə baş verməmiş kimi, (yəni maddi maraqları təmin edildikdən dərhal sonra) ərazini tərk etmişlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və 16 yanvar tarixinə evin 1-ci mərtəbəsinin üst hissəsinə pompalı avtomobillə monolit beton da tökülərək bərkidilmişdir. Və hal -hazırda da işlər davam etdilir. Tahirə də xəbərdarlıq edilib ki, “tikinti işlərini tezləşdirsin və dam örtüyünü yekunlaşdırsın, yoxsa bir də şikayət olarsa biz məcbur olub tikintinin sökülməsinə göstəriş verəcəyik.”
Sakinlər tərəfindən bizə verilən məlumata görə yuxarı qurumlara olunan çoxsaylı müraciətlərə baxmayaraq “makler” Tahir birinci mərətbəyə tökülmüş betonun qurumasını gözləyir. Bir-iki günə tikinti işlərini davam etdirəcək.
Biz də öz növbəmizdə Xətai rayon İcra Hakimiyyətinin göz yumduğu belə qanunsuz tikililərin qarşısının alınması məqsədi ilə bütün aidiyyatı qurumlara müraciətimizi davam etdirəcik. Baxmayaraq ki, Fövqəladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız müraciətlərə hələ heç bir cavab verilməyib.
Doğrudur, müraciətimizdən dərhal sonra Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir: “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”
Bir cavab da Xətai rayon prokuroru Sərdar Həmidovdan gözləyirik. Görəsən Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda aparılan qanunsuz tikilinin qarşısı alınacaqmı?(Aktualinfo.net)
Məmməd Əhmədoğlu

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Xətaidə qanunsuz tikintilər icra başçısı üçün başağrısına çevirilib - Xəbərdarlıq edilib...
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident yeni icra başçılarını qəbul etdi - Fotolar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55