4 milyonluq işdə yüksək vəzifəli şəxslərin adı hallanır – Biri Federasiya prezidentidir
Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirməkdə ittiham olunan Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynlinin vəkili Radil Xəlilov vəsatətlə çıxış edib.
Bundan əvvəlki iclasda barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunan Cavid Hüseynlinin vəkili mətbuat nümayəndələrinin məhkəmə zalından çıxarılmasını istəyib.
Bununla bağlı məhkəməyə vəsatət təqdim edən vəkil iddia edib ki, onlar zərərçəkmiş Quvat Beybutov ilə barışıq əldə etmək istəyirlər, ona dəymiş ziyanı ödəmək niyyətindədirlər. Amma mətbuat nümayəndələrinin prosesdə iştirak etməsi buna mane olur.
Vəkilin sözlərinə görə, mətbuat nümayəndələrinin iclasda iştirakı gələcəkdə zərərçəkmişlə razılıq əldə etmələrinə mənfi təsir ola bilər.
Maraqlıdır ki, vəkil prosesin qapalı keçirilməsini yox, qanunsuz olaraq yalnız jurnalistlərin zalından çıxarılmasını istəyib.

Vəkilin bu təklifi ilə digər həmkarları əvvəlcə razı olmayıblar və bu məsələni məhkəmənin mülahizəsinə buraxıblar. Lakin təqsirləndirilən şəxslərin hər biri mətbuat nümayəndələrinin iclasda iştirakını istəmədiklərini bəyan etdikdən sonra vəkillər öz fikirlərini qısa müddətdə dəyişiblər. Onlar da jurnalistlərin zaldan çıxarılmasını istəyiblər.
Dövlət ittihamçısı Elvin Mirzəyev isə bu məsələnin məhkəmənin mülahizəsinə buraxdığını deyib. Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.
Hakim Zaur Hacıyev bildirib ki, qanunvericilikdə jurnalistlərin zaldan çıxarılması üçün heç bir hal nəzərdə tutulmayıb: “Proses iki halda keçirilir. Bir qapalı, digər halda isə açıq keçirilməsi nəzərdə tutulur. Biz də bu iclasın açıq keçirilməsi barədə qərar qəbul etmişik. Buna görə də digər şəxslər kimi jurnalistlərin də prosesdə iştirakı üçün heç bir maneə yoxdur. Bu səbəbdən vəsatət əsaslı deyil”.

Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar.
İstintaq sənədlərinə görə, bu işin görülməsində əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləmiş Seymur Məhərrəmovun vədləri olub. O, Prezident Administrasiyasında guya vəzifəli tanışlarının iştirakı ilə bu məsələni həll edəcəyini deyib.
İttihama münasibət bildirən Seymur Məhərrəmov, Rüstəm Qafarov və Zaur Qurbanov özlərini ittiham üzrə təqsirli bilməyiblər.
Cavid Hüseynli və Ceyhun Əşrəfov isə özlərini qismən təqsirli biliblər. Əşrəfov bildirib ki, ona qarşı mütəşəkkil dəstə tərkibində bu işi görmək barədə ittihamda yazılanlarla razı deyil. Onun sözlərinə görə, bu işdə əvvəlcə yalnız Rüstəm Qafarovu tanıyıb, digər şəxslərlə isə sonradan tanışlıqları yaranıb. O, tərəfindən zərərçəkmişə dəymiş ziyanı tamamilə ödədiyini də diqqətə çatdırıb.
Daha sonra hakim məhkəmə istintaqının aparılması qaydası ilə bağlı tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin, daha sonra isə zərərçəkmiş və şahidlərin dindirilməsini təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri dövlət ittihamçısının təklif etdiyi qaydada prosesin aparılmasına etiraz etməyiblər. Hakimlər də tərəflərin təklif etdiyi qaydada prosesin aparılmasına razılıq veriblər.
İlk olaraq siyahı üzrə ilk təqsirləndirilən Seymur Məhərrəmova ifadə vermək təklif edilib. O, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Daha sonra Cavid Hüseynli ifadə verərək təqsirləndirilən digər şəxslərə tanış olmaqlarından danışıb. O, ilk olaraq Zaur Qurbanovla, onun vasitəsi ilə Seymur Məhərrəmovu, lap sonda isə Ceyhun Əşrəfovu tanıdığını deyib.
Onun sözlərinə görə, hüquqşünas olduğu üçün zərərçəkmiş Quvat Beybutova hüquqi yardım göstərib. Bildirib ki, şirkətin hüquq işlərini gördüyü müddət Nəsimi rayonunda yerləşən ərazidə 2 bloklu binanın tikintisi üçün razılıq əldə etmək istəyiblər: “Həmin ərazidə 41 sot torpaq sahəsi olub, onun 20 sotunda tikinti aparılıb. Qalan 21 sotda isə qanuni yolla tikinti aparmağa razılıq əldə etməyin mümkün olmadığı üçün başqa yollara əl atmalı olublar”.
Cavid Hüseynlinin bildirdiyinə görə, vaxtı ilə hüquq firması olduğu üçün zərərçəkmişlə hüquqşünas kimi tanış olub:
“Tikinti aparılması üçün hüquqi müstəvidə yollar axtarmağa başladıq. Bu zaman Zaur Qurbanovu tanıdıq. O, Prezident Administrasiyasında tanışı olduğunu, onun vasitəsi ilə bu məsələnin həll olunmasının mümkünlüyünü dedi. Biz də Seymur Məhərrəmovla bu məsələni müzakirə etdik. O, problem olmadığını, bu işin müəyyən vəsait hesabına həll etdirməyə köməklik edəcəyini dedi.
Həmin ərazidə tikinti aparılması üçün qadağa var idi. Vətəndaşlar Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin müvafiq qurumlara göndərdiyi məktub əsasında həmin ərazidə tikinti aparılmasına “stop” qoyulmuşdu. Amma Quvat Beybutov sonra vətəndaşlarla özü danışdı, onların razılığını aldı. Bundan sonra Seymur Məhərrəmovun işə qarışması nəticəsində müvafiq qurumlar da işin görülməsinə qarışmadılar.
İlkin mərhələdə işə heç bir qurum mane olmadı. Ərazidə çəpərləmə aparıldı, katlavan qazıldı, beton töküldü. 2024-cü ilə kimi heç bir narahatçılıq olmadı. Torpaq sahəsi Nəsimi rayonunda olduğu üçün rayonun icra hakimiyyəti işə qarışa bilərdi. Onlar da bu işin görülməsinə qarışmadılar. Yalnız icra hakimiyyətinin hüquq şöbəsindən mənimlə əlaqə saxladılar, sənədlərlə maraqlandılar. Bu müddətdə gecə beton maşınları ərazidə işlədi, binanın bünövrəsi qoyuldu. Daha sonra birinci mərtəbənin qaldırılması üçün lesalar quraşdırıldı.
Bu zaman Fövqəladə Hallar Nazirliyindən gələrək işi dayandırdılar və şəhərsalmadan sənəd alınmasını tələb etdilər. Bundan sonra məsələnin həll olunması üçün yenidən Seymur Məhərrəmovla əlaqə saxladıq. Çünki o, ilkin mərhələdə sözünün üstündə durmuşdu, işin həll olnmasını təmin etmişdi. O, problem olmayacağını dedi.
Daha sonra o, ölkədə “COP” beynəlxalq tədbirin keçirildiyini, tədbirdən sonra bu məsələ həll olunacağını söylədi. Amma tədbir bitsə də, məsələ yoluna qoyulmadı. 2024-cü ilin dekabrında biz yenə də görüşdük. Sonradan zərərçəkmişin tanışı Ceyhun işə qarışdı. Bu minvalla onu da tanıdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib və onlar sözügedən idarədə sorğu-sual ediliblər: “Həmçinin Seymur Məhərrəmovun barəsində Prezidentin Təhlükəsizlik Xidmətinə müraciət olundu. Xidmətin həmin dövrdə rəisi olan Bəylər Əyyubovun göstərişi ilə daxili araşdırma aparıldı. Xidmətin rəisi dəyişdiriləndən sonra sənədlər həmin qurum tərəfindən Baş Prokuror yanında Korrupsiya İdarəsinə göndərildi. Mənim zərərçəkmiş şəxsə 4 milyon 19 min manat ziyanın dəyməsi barədə yazılanlara etirazım yoxdur. Öz üzərimə düşən ziyanı ödəyirəm”.
Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, zərərçəkmişdən aldığı 3 milyon 300 min manatın 1 milyon 152 min manatını Seymur Məhərrəmova işin görülməsi üçün verib: “Qalan 2 milyon 148 min manatı isə məndə qaldı. Həmin pulu öz şəxsi ehtiyaclarıma xərcləmişəm. Mənim dələduzluq niiyyətim olmayıb. Məbləğ işin görülməsi üçün verilmişdi”.
Sorğu-sual zamanı Quvat Beybutov bu işin görülməsi üçün 16 milyon manat xərc çəkdiyini, babasından qalan, sertifikatı olan “Yaqut” daşı girov qoyduğunu deyib. Onun sözlərinə görə, qiymətli daşı girov qoyan zaman şirkətlə müqavilə də bağlayıblar.
Cavid Hüseynli əlavə edib ki, sonradan həmin qiymətli daşı onun özünə qaytarıblar və onun tərəfindən dəymiş ziyanın ödənilməsi tələb edilib.
Ceyhun Əşrəfovun vəkili Nail İbadov vəsatətlə çıxış edib. Vəkil deyib ki, müvəkkili Sindo-ryu və Pençak Silat Federasiyasının prezidentidir və bir sıra idman tədbirlərində iştirak etməlidir: “Onu bu tədbirlərə İndoneziya dövləti dəvət edir, amma barəsində olan ev dustaqlığı qətimkan tədbiri ilə bağlı iştirak səfərə çıxa bilmir”.
Vəkil həmçinin diqqətə çatdırıb ki, Gəncə və Xankəndi şəhərlərində bu idman növü üzrə təbirlər olacaq: “Ceyhun Əşrəfov həmin tədbirə dəvət alsa da, iştirak etməsi mümkün deyil. Hüquqlarını müdafiə etdiyim şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəyib, ziyanın əlli faizi məbləğində də dövlət nəfinə ödəniş edəcək. Buna görə də onun barəsində ev dustaqlığı qətimkan tədbirini polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunmasını istəyirik”.

Müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin ediblər. Ceyhun Əşrəfovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə istintaq orqanının qərarı var, həmin qərar qüvvədə saxlanılıb.
Növbəti proses fevralın 5-də davam edəcək.
Qeyd edək ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. İttihama görə, 2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları – Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.
Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib.
Onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar.
Lakin onlar verdikləri vədə əməl etməyiblər, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.
Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib.
C.Əşrəfov 500 min manat ödəniş edib və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İstintaq dövründə digərləri – Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslərdən biri Seymur Məhərrəmov hərbi qulluqçudur. O, əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləyib və hazırda təqaüdə olan hərbi qulluqçudur.
OXŞAR XƏBƏRLƏR

Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
Vəkilin xüsusi geyimi və ondan istifadə
“Boz kardinal” evdə nələri edə bilməz?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55