Sumqayıtda işıqforlar gecə saatlarında niyə işləmir? - Şikayət

Sumqayıtda işıqforlar gecə saatlarında niyə işləmir? - Şikayət Sumqayıtda mikrorayonlardan birində gecə vaxtı işıqforların işlək vəziyyətdə olmaması narazılıq yaradıb.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, 9-cu mikrorayonda, Koroğlu prospekti ilə Bədəlbəyli küçəsinin kəsişməsində bir neçə gündür ki, gecələr işıqforlar işləmir. 
"Artıq neçə gündür gecə saat 12-dən sonra işıqforlar işləmir. Dünən az qala qəza baş verəcəkdi. Şəhərin ən işlək ərazilərindən birində işıqforların gecələr işləməməsi hərəkətdə ciddi çətinlik yaradır",- deyə sakinlər narahatlıqlarını ifadə ediblər. 
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin həll edilməsini tələb edirlər.







Geri qayıt