Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
2026-07-02 , 15:43

Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı bloger Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb blogerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.

Yenilik.az xəbər verir ki, “Big.az” məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı yayılan məlumatı təsdiqləyib.

Məsələ ilə bağlı aparıcının vəkili Yaqub Nəcəfli də açıqlama verib:

"Bayramova Səidə Bəkir qızının vəkili olaraq bildirirəm ki, müvəkkilimin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıması ilə əlaqədar hüquqi proses qanunla müəyyən olunmuş qaydada başladılaraq tərəfimizdən aidiyyəti məhkəməyə müraciət edilmişdir.

Eyni zamanda mövcud sübutlar, o cümlədən müstəqil mütəxəssis rəyi, artıq müvafiq instansiyaya təqdim olunmuşdur. Hazırda məhkəmə araşdırması davam etdirilir. Prosesin hazırkı mərhələsində əlavə şərh vermək məqsədəmüvafiq hesab edilmir, lakin, nəticə hüquqi yolla məhkəmə tərəfindən müəyyənləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.