İlham Əliyevdən Trampa məktub
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb.
“Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.
Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.
Hörmətli cənab Prezident,
Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycan və ABŞ arasında xartiya imzalandı: TAM MƏTN - VİDEO
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Dünya liderləri İlham Əliyevi təbrik edir
Laçında bayram ab-havası... - Video + Fotolar
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Azərbaycan və Özbəkistan prezidentləri arasında məktublaşma
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
İlham Əliyev müşavirə keçirdi
Bakıda hərbi parad keçirildi - YENİLƏNİB
Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – (Video) 2026-07-04 , 13:06
70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” - VİDEO 2026-07-04 , 13:02
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...” 2026-07-04 , 12:57
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - Fotolar 2026-07-04 , 12:43
Liderlik fenomeni və sosial legitimlik: İlham Əliyevin siyasi strategiyasının analitik konturları 2026-07-04 , 06:09
Rüfət Nasosnudan Səidə Bəkirqızına SƏRT SÖZLƏR-VİDEO 2026-07-04 , 02:33
Leyla Əliyevadan doğum günü ilə bağlı - Paylaşım 2026-07-03 , 23:48
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - VİDEO 2026-07-03 , 17:31
Nazilə Səfərli qarşı tərəfə səsləndi: “Arzum”un ahı sizi tutacaq 2026-07-03 , 16:41
"Kişilər də estetik etdirsin, amma dodağa gel vurdurmasın" - VİDEO 2026-07-03 , 16:38
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - Foto 2026-07-03 , 16:32
Xamenei son mənzilə yola salınır - VİDEO 2026-07-03 , 16:27
Kəramət: “Cavan qalmaq üçün vaxtında boşanmaq lazımdır” 2026-07-03 , 16:24
İlqar Altay “Arzum”un səs yazısını yaydı - AUDİO 2026-07-03 , 16:23
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı 2026-07-03 , 16:11
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib 2026-07-03 , 16:08
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video 2026-07-03 , 16:03
Sumqayıtda işıqforlar gecə saatlarında niyə işləmir? - Şikayət 2026-07-03 , 16:01
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənə dəstək olmur" - VİDEO 2026-07-03 , 16:00
"Mahnıya görə 100 min istədilər" - Vasif Məhərrəmli danışdı 2026-07-03 , 15:55
Tramp: "Mən İsrail tarixinin ən yaxşı prezidentiyəm" 2026-07-03 , 15:53
"Vasif dedi ki, ona bir az hörmət edək, bizdən əl çəksin" 2026-07-03 , 15:52
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!” 2026-07-03 , 15:45
Prezident Səhiyyə Nazirliyi ilə bağlı Fərman imzaladı 2026-07-02 , 16:37
“Yekun qərar hələ qüvvəyə minməyib” - Vəkildən “Arzum”un işi ilə bağlı açıqlama 2026-07-02 , 16:33
“Arzum“un qəzasında öən Amal kim idi? - Toyundan bir il sonra... 2026-07-02 , 16:18
Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar 2026-07-02 , 16:15
Şeyx Xameneinin vida mərasimində iştirak etməyəcək 2026-07-02 , 16:06
“Onun payını verə bilərəm, bəlkə onda adam oldu” – Anardan sərt sözlər 2026-07-02 , 16:05
"İstedadsız insanlar abırsız olur" - VİDEO 2026-07-02 , 16:02
Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib 2026-07-02 , 15:59
“Allahdan istəyirəm, qan qussunlar” – Arzumun atası - VİDEO 2026-07-02 , 15:50
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?”–Nazilə Səfərlidən İLGİNC RƏY 2026-07-02 , 15:47
Arzuma kəsilən cəza ağır və qeyri-mütənasibdir 2026-07-02 , 15:44
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi 2026-07-02 , 15:43
4 uşaq anası Arzum kimdir və o niyə həbs edildi? 2026-07-02 , 15:35
"Arzum" ləqəbli tiktoker məhkəmə zalında həbs olundu 2026-07-02 , 13:30
Leyen Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX PAYLAŞDI 2026-07-02 , 08:50
Bu qəzet və saytlara dəstək göstəriləcək - Siyahı 2026-07-02 , 08:48
“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı - Siyahı 2026-07-02 , 08:47
Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar 2026-07-02 , 08:46
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək 2026-07-02 , 08:44
Sükansız və əyləcsiz avtomobilin sınağından video paylaşdı 2026-07-02 , 08:43
200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan 2026-07-02 , 08:39
“Üfüqdən o yana baxış...” - Video 2026-07-02 , 08:35