Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi

Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi

Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi
2026-07-06 , 16:01

Müğənni Kəmalə Günəşli xəstəxanadan paylaşım edərək əməliyyata girəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı videoda bunları deyib:
"Sabahınız xeyir, dəyərli izləyicilərim. Bu gün, iyulun 6-da əməliyyata girirəm. Buna görə də bir müddət paylaşımlarımda fasilə olacaq. İnşallah, qısa zamanda yenidən sizinlə birlikdə olacağam. 
Mənim üçün dua etməyinizi xahiş edirəm. Əməliyyatdan sonra baş verən yenilikləri də sizinlə bölüşəcəyəm. Həkimimlə bağlı da ətraflı məlumat verəcəyəm. İzləmədə qalın".
K.Günəşli bir müddət əvvəl xarici görünüşündə dəyişiklik edəcəyini və plastik əməliyyat etdirəcəyini açıqlamışdı. Lakin müğənni hansı estetik əməliyyatı etdirəcəyini deməmiş və bunu gizli saxlamışdı. Bu dəfə də o, əməliyyatın növü barədə məlumat verməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.