Bakıda məşhur həkimdən ŞİKAYƏT: Bacımı zorla xəstəxanadan çıxardı...
“Bacım əməliyyat zamanı səhlənkarlıq nəticəsində zərər görüb, sonradan vəziyyəti pisləşməsinə baxmayaraq həkim-uroloq Sərxan Nağıyev tərəfindən xəstəxanadan evə buraxılıb”.
Yenilik.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Bərdə sakini Əli Sadıxov müraciət edib.
Şikayətçi bildirir ki, 52 yaşlı Aygün Rəhimova iyulun 8-də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunub. Elə bütün problemlər də bundan sonra başlayıb: “Bacım qadın xəstəliyindən əziyyət çəkirdi və ginekoloq Leyla Rzaquliyeva tərəfindən müalicə olunmuşdu. Lakin heç bir nəticəsi olmadı və həkim onkoloji xəstəlik diaqnozu qoyaraq təcili əməliyyat olunmağını tövsiyə etdi. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat zamanı bacımın uşaqlığını çıxararkən sidik kisəsinə zərər vuruldu. Həkim dedi ki,1 ay müddətinə gözləməlisən, sonra isə həkim-uroloq tərəfindən yenidən əməliyyat olunmalısan. Bacım o cür ağır vəziyyətdə gözlədi və sentyabrın 9-da həmin xəstəxanada Sərxan Nağıyev tərəfindən yenidən əməliyyat olundu. Əməliyyatdan sonra bacımın vəziyyəti daha da pisləşdi”.
Vətəndaş deyir ki, həkimdən bunun səbəbini soruşanda ona əməliyyatın uğursuz olduğu, amma sağalmanın getdiyi və xəstənin müalicəsinin xəstəxanada davam etdiriləcəyi bildirilib: “Amma mən gördüm ki, hər keçən gün bacımın vəziyyəti daha da pisləşir, buna görə başqa həkimə müraciət etdim. Professor bacıma baxan kimi mənə bildirdi ki, “əməliyyat düzgün aparılmayıb, xəstə yenidən əməliyyat olunmalıdır, heç bir sağalmadan söhbət gedə bilməz”.
Sərxan həkim isə mənə bildirdi ki, “xəstənin vəziyyəti yaxşıdır, evə buraxıram”. Halbuki xəstəxanada digər həkimlər qeyd edirdilər ki, xəstəni bu vəziyyətdə evə buraxmaq qəti olmaz. Lakin Sərxan həkim tərəfindən xəstəlik çıxarışına “aparılan müalicə sonrası birincili sağalma qeyd olunur” yazaraq xəstəni zorla xəstəxanadan çıxarıb. Bir dəfə də olsun, vəziyyəti ilə maraqlanmayıb. İndi heç bir həkim yenidən əməliyyatı öz üzərinə götürmür. 4 aydan sonra yenidən əməliyyat olunmalıdır, bacım o vaxta qədər dözə bilsə...
Hazırda vəziyyəti çox pisdir. Sərxan Nağıyev barədə xəstəxananın baş həkiminə və TƏBİB-ə yazılı müraciət də etmişəm”.
İddialarla bağlı həkim-uroloq Sərxan Nağıyev bu məsələdə özünü günahkar bilmədiyini deyib: “Xəstə sidik kisəsi–uşaqlıq yolu fistulası diaqnozu ilə 11.09.2025–22.09.2025 tarixləri arasında stasionar müalicə alıb və 12.09.2025 tarixdə transvezikal və vaginal sidik kisəsi–uşaqlıq yolu fistulasının ləğvi məqsədilə cərrahi əməliyyat olunub.
Əməliyyatdan sonrakı ikinci gün xəstə gücənərək defekasiya aktı həyata keçirib, bu isə qarındaxili təzyiqin artmasına və erkən dövrdə qoyulmuş tikişlərin tam hermetikliyini itirməsinə səbəb olunub. Nəticədə fistul nahiyəsindən sidik sızması müşahidə edilib.
Əməliyyatdan sonra xəstənin dəfələrlə gücənməsi, yataq rejiminə riayət etməməsi və həkim təlimatlarını pozması nəticəsində əməliyyat uğursuz sayılıb. Qeyd edim ki, dünya tibbi təcrübəsinə əsasən bu tip əməliyyatların residiv (təkrarlanma) ehtimalı 35–36 faiz təşkil edir”.
Sərxan Nağıyevin sözlərinə görə, xəstədə sidik kisəsi fistulası, keçirilmiş ağır ginekoloji-onkoloji əməliyyat zamanı sidik kisəsinin arxa divarının zədələnməsi nəticəsində yaranıb: “Yəni bu, ginekoloqların müdaxiləsi zamanı baş vermiş fəsaddır. Mən isə fistulanı cərrahi yolla bərpa etmişəm, lakin xəstənin adekvat davranmaması səbəbindən tikişlər tutmayıb.
Bir həkim kimi mən özümü bu vəziyyətdə günahkar hesab etmirəm və xəstəni də ağır vəziyyətdə evə yola salmamışam. İstər bağırsaq, istərsə də sidik kisəsi fistulalarının təkrarlama ehtimalı bütün dünya tibb praktikasında qəbul olunmuş faktdır. Bunu da bütün dünya həkimləri qəbul edir, bircə xəstə Rəhimova Aygün və yaxınları qərəzli şəkildə şər və böhtan atmaqla həkimə qarşı aqressiv mövqe tutmaqdadır. Hazırda xəstəyə təkrar əməliyyat planlanıb və iki ay sonra icra ediləcək”.
Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) belə cavab verilib: “1973-cü il təvəllüdlü Rəhimova Aygün Vəli qızı 11.09.2025-ci il tarixində Respublika Klinik Xəstəxanasına ambulator müraciət edib. Pasiyent həkim-uroloq Sərxan Nağıyevin qəbulunda olub və müvafiq müayinələrdən keçdikdən sonra ona sidik kisəsi-uşaqlıq yolunun fistulu diaqnozu təyin olunub.
Pasiyent üzərində 12.09.2025-ci il tarixində əməliyyat icra olunub. Əməliyyatdan sonra onun tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilib. 22.09.2025-ci il tarixində qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
29.09.2025-ci il tarixində pasiyentin qardaşı Sadıxov Əli Vəli oğlu tərəfindən tibb müəssisəsinə müraciət edilib və şikayət ərizəsi təqdim olunub. Hazırda müraciət araşdırılır, araşdırma bitdikdən sonra ətraflı məlumat veriləcək”.

Prezident bu şəxsləri əfv etdi - Siyahı
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Əri ona xadimə ilə xəyanət edibmiş – Məşhur plastik cərrahın qətlinin şok təfərrüatı
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55