240 min vergi borcu, ölüm və koma qalmaqalları... - “MedAura” klinikası adını niyə dəyişir?
240 min manatdan çox vergi borcu, uğursuz əməliyyatlar, ölüm və koma qalmaqalları ilə gündəmə gələn “MedAura” klinikası fəaliyyətini dayandırmaq əvəzinə adını dəyişərək yenidən bazara qayıtmağa hazırlaşır.
Bakupost.az Medicina.az-a istinadən xəbər verir ki , hazırda sosial şəbəkə hesablarını bağlayan klinika yaxın vaxtlarda tamamilə başqa adla fəaliyyətə başlamağı planlaşdırır.
Məqsəd isə əvvəlki qalmaqalları arxada qoyaraq yeni pasiyentlər cəlb etməkdir. 20 manat kapital, 240 min vergi borcu 2010-cu ildə dövlət qeydiyyatına alınan klinikanın nizamnamə kapitalı cəmi 20 manat təşkil edir.
MMC-nin qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğlu göstərilir. Dövlət Vergi Xidmətinin məlumatına görə, müəssisə fəaliyyət dövründə iki dəfə adını dəyişib. Klinika əvvəlcə “Nihat Klinika”, 2018-ci ildən isə “MedAura Klinika” MMC kimi fəaliyyət göstərib.
Eyni ünvanda fəaliyyət göstərən klinika əsasən estetik, plastik və kosmetoloji əməliyyatlar üzrə xidmətlər göstərib. Mənbələrin sözlərinə görə, klinikada əməliyyat otaqları müxtəlif həkimlərə və kosmetoloqlara kirayə verilir, həmçinin bazar qiymətindən aşağı qiymətlər elan edilərək müştərilər cəlb olunurdu. Son illərdə isə klinika daha çox uğursuz əməliyyatlar və pasiyent şikayətləri ilə gündəmə gəlib.
Baş həkim dəyişdi
Uzun müddət klinikanın baş həkimi olmuş Nigar Məhəmmədova çoxsaylı pasiyent ağırlaşmaları səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Hazırda klinikanın baş həkimi Münəzzim Zahidov göstərilir. Lakin klinikanın fəaliyyətində problemlər bununla bitmir.
Dövlətə 241 min manat borc Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, klinikanın hazırda dövlət büdcəsinə 241 690,82 manat vergi borcu var. Bundan başqa, 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və 2024-cü illərdə vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə müəssisəyə 15 dəfə maliyyə sanksiyası tətbiq edilib.
Bütün bu pozuntulara baxmayaraq, klinikanın fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur.
Lisenziyasız plastik cərrahiyyə
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan plandankənar yoxlamalar zamanı klinikada lisenziyadan kənar fəaliyyət, sertifikatsız plastik cərrahiyyə halları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib olunub.
Hətta baş həkim Nigar Məhəmmədovanın belə adı Səhiyyə Nazirliyinin plastik cərrahlar siyahısında yox idi.
Ölən və komaya düşən pasiyentlər
MedAura klinikası ilə bağlı şikayətlərin sayı kifayət qədər çoxdur. Lakin onların yalnız bir hissəsi ictimailəşdirilib.
Ən səs-küylü hadisələrdən bəziləri bunlardır:
2019-cu il Estetik əməliyyat zamanı 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra həyatını itirib. 2023-cü il Lamiyə Kərimova burun əməliyyatının uğursuz olduğunu bildirərək klinikadan şikayət edib.
2024-cü il aprel Lətafət Məmmədova septoplastika əməliyyatından sonra səhhətinin daha da pisləşdiyini iddia edib. 2024-cü il may Pasiyent üzərində lipoma əməliyyatı aparılmalı olduğu halda əməliyyatın liposaksiya kimi icra edildiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə klinika 6000 manat cərimə olunub.
Ən böyük qalmaqal isə ötən il baş verib. 2024-cü il aprelin 30-da Nigar İlham qızı Budaqlı burun əməliyyatı zamanı komaya düşüb. Hadisə ilə bağlı lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Pasiyentin əməliyyatdan sonrakı ağır vəziyyətini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb və hətta xarici mediada da işıqlandırılıb.
Qalmaqallı baş həkimin yeni klinikası
MedAura-da uzun müddət baş həkim olmuş Nigar Məhəmmədova daha sonra MediHall adlı klinikada fəaliyyətini davam etdirib. Lakin bu müəssisədə də qalmaqal yaşanıb. 2025-ci ilin fevralında bədənşəkilləndirmə əməliyyatı etdirən 41 yaşlı Nigar İsmayılova həyatını itirib. Səhiyyə Nazirliyi isə açıqlayıb ki, Nigar Məhəmmədova rəsmi plastik cərrahlar siyahısında yoxdur.
Faktla bağlı Baş Prokurorluq araşdırma aparır.
Ad dəyişmək problemləri həll edəcək?
Onlarla şikayət, ölüm hadisələri, cinayət işləri, vergi borcu və lisenziya pozuntuları… Bütün bunlardan sonra MedAura klinikasının sadəcə adını dəyişərək fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur. Əgər klinika həqiqətən də yeni adla bazara qayıdacaqsa, o zaman əsas sual dəyişməz qalır: Bu qədər qalmaqala baxmayaraq, klinikanın arxasında duran kimdir?

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
Media nümayəndələri təltif edildi - Siyahı
Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55