Plastik cərrahlar yenə “ömür kəsir”
Pasiyentlər həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verir
Bakı sakini Nigar İsmayılova (1983-cü il təvəllüdlü) paytaxtdakı MediHall klinikasında bədən konturu əməliyyatı keçirdikdən bir neçə gün sonra, fevralın 13-də vəfat edib.Bizim.media mövzu ilə bağlı araşdırma aparıb.
Müəyyən edilib ki, “Medi Hall” hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər “MedAura” klinikasında fəaliyyət göstərib və həmin dövrdə pasiyentlərin çoxsaylı şikayətləri ilə üzləşib. Araşdırmalar zamanı o da məlum olub ki, Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədovanın üz quruluşu tamamilə dəyişərək tanınmaz hala düşüb. Digər bir neçə pasiyentdə də ciddi estetik və sağlamlıq problemləri qeydə alınıb.
Bundan əlavə, iddialara əsasən, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqovanın vəziyyəti abdominoplastikadan bir gün sonra pisləşib və o, təkrar əməliyyata alınıb. Qanaxma nəticəsində Arzu ikinci əməliyyat masasında keçinib. Mərhumun ailəsi onda heç bir yanaşı xəstəliyin olmadığını, ölümün həkim səhlənkarlığı ucbatından baş verdiyini bəyan edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Məhəmmədovanın adının olmadığını açıqlayıb.
Belə aydın olur ki, çoxsaylı pasiyentin sağlamlığına zərər vuran və ölümlə nəticələnən əməliyyatlar icra edən Nigar Məhəmmədova fəaliyyətini davam etdirir. Uzun müddət “MedAura”da baş həkim, daha sonra Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışan həkimin hazırda “Medi Hall”da baş həkim vəzifəsini icra etdiyi məlum olub.
Bu hadisə estetik cərrahiyyə sahəsində nəzarət mexanizmlərinin qənaətbəxş olmadığını bir daha sübut edir. Adı dəfələrlə uğursuz, ölüm və şikəstliklə nəticələnən əməliyyatlarda hallanan Nigar Məhəmmədova və onun çalışdığı klinikalar barədə hələ ki ciddi araşdırma aparılmayıb.

Tanınmış həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Biz dəfələrlə demişik ki, bu sertifikat imtahanları ləğv olunmalı, əvəzində akkreditasiya və kredit-bal sisteminə keçilməlidir. Bu modeldə hər bir həkimin lisenziya almazdan əvvəl bütün sənədləri yoxlanılır və ona konkret müddət üçün fəaliyyət icazəsi verilir. Həmin müddət başa çatdıqdan sonra isə həkimin nə qədər kredit-bal topladığı, peşəkar inkişaf səviyyəsi, ixtisasartırma fəaliyyəti, eləcə də fəaliyyəti dövründə yaranmış problemlər araşdırılır və yalnız bundan sonra lisenziyanın uzadılması barədə qərar qəbul olunur. Dünyanın əksər ölkələri məhz bu sistemlə işləyir. Əks halda, imtahanı müxtəlif yollarla keçən, amma real peşəkar bacarığı sual doğuran həkimlərin olması qaçılmazdır. Bu səbəbdən sertifikasiya imtahanları ləğv edilməli, kredit və lisenziya sisteminə keçid təmin olunmalıdır. Bu, məsuliyyəti artıran və hüquqi məsuliyyəti konkretləşdirən yeganə effektiv mexanizmdir. Belə boşluqlar olduqda isə təbii ki, bundan sui-istifadə edənlər tapılır”.
Həkim əlavə edib ki, baş vermiş bu hadisə isə mütləq araşdırılmalıdır: “Ölümün səbəbi birbaşa və obyektiv şəkildə müəyyən edilməlidir - bu, son dərəcə vacib məsələdir. Yalnız ölüm səbəbi dəqiq müəyyən edildikdən sonra burada hansı səhvə yol verildiyini demək mümkündür. Digər tərəfdən, məsələni tibbi komissiya araşdıracaq və onların rəy və nəticəsi həlledici əhəmiyyət daşıyacaq”.

Səhiyyə iqtisadiyyatı üzrə ekspert Nərmin Abbaslı da “Yeni Müsavat”a diqqətçəkən fikirlər söyləyib: “Qeyd olunan hadisə olduqca ağırdır. Bir insanın həyatını itirməsi və ya sağlamlığının bərpası, mümkün olmayan dərəcədə zərər görməsi heç bir halda "pasiyentin günahı" kimi sadələşdirilə bilməz. Burada həm hüquqi, həm tibbi, həm də etik müstəvidə ciddi boşluqlar var. Əgər Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında həkimin adı yoxdursa, bu, onun ixtisaslaşma sahəsi üzrə qanuni fəaliyyət göstərmədiyini göstərir. Bəs nəzarət mexanizmi haradadır? Bu həkimlərin aidiyyəti üzrə fəaliyyət göstərib-göstərmədiyini yoxlayan mexanizm demək olar ki, bizdə işlək deyil ki, belə özbaşınalıqlar baş verə bilir. Bir klinikanın adı mütəmadi olaraq uğursuz əməliyyatlarda hallanan şəxsi baş həkim təyin etməsi, həmin müəssisənin də daxili nəzarət mexanizminin sıfıra bərabər olduğunu göstərir.
Pasiyent heç vaxt öz ölümünə görə günahkar deyil, amma müasir dövrdə “pasiyent ehtiyatlılığı” deyilən bir anlayış var. Sosial şəbəkələrdəki parıltılı reklamlar və “marketinq hiylələri” çox vaxt insanların riskləri düzgün qiymətləndirməsinə mane olur. Pasiyentlər bəzən həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verirlər. Amma bu yenə də pasiyentə qarşı edilən tibbi səhlənkarlığa bəraət qazandırmır. Dövlət nəzarət mexanizmləri elə qurulmalıdır ki, lisenziyası olmayan və ya adı ölüm hallarında hallanan şəxs sərbəst şəkildə fəaliyyətini davam etdirə bilməsin. Bu məsələdə günahı pasiyentdə axtarmaq yox, problemi görməzdən gəlmək əvəzinə həllinə çalışmaq lazımdır. Həkimin öz ixtisasından kənar riskli əməliyyatlar etməsi, klinikanın mənfəət naminə buna şərait yaratması və aidiyyəti qurumların əvvəlki şikayətlər əsasında preventiv tədbirlər görməməsi insanların həyatları bahasına başa gəlir".
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub - Foto
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Qadağa tanımayan “CƏRRAH”LAR – Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
"MedAura"da komaya düşən qıza həkim baxmır - İddia
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü - Yenilənib
“Mərcan” klinikasında ölüm – Emboliya bəhanəsi – ŞİKAYƏT/VİDEO
Cərrahi əməliyyat otaqlarında şou: cəzalar niyə nəticə vermir?
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14