Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb
Saray qəsəbəsində yerləşən "Saray-H" MTK yaşayış kompleksinin sakinləri yaxınlıqda aparılan tikinti işlərindən narazılıq edirlər.Şikayətçilər bildirirlər ki, tikinti işlərindən sonra qalan tullantılar kompleksin ətrafına atılır və uzun müddət ərazidən təmizlənmir. Onların sözlərinə görə, küləkli hava şəraitində toz mənzillərə qədər dolur, bu isə həm yaşayış şəraitinə, həm də sağlamlığa mənfi təsir göstərir.
Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini, tikinti sahəsində sanitariya qaydalarına riayət olunmasını və ərazinin mütəmadi təmizlənməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanacağı təqdirdə, əlavə məlumat təqdim olunacaq.
Ətraflı Xəzər Xəbər sujetində
