Nazirlik “Dr. Gülü” ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Özünü “Dr. Gülü” kimi təqdim Gülbədə Abdullayevanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Yeni Sabah-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının fəaliyyət göstərdiyi “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama keçirilib:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi 41 ünvanda yerləşən fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının fəaliyyət göstərdiyi “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib”.
Səhiyyə Nazirliyinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayeva “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsi yoxdur:
“Buna görə də onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir.
Mərkəz tərəfindən aidiyyəti şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi də davam etdirilir.
Analitik Ekspertiza Mərkəzi bir daha vurğulayır ki, tibb fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisas və rəsmi icazə tələb olunur. Bu qaydalara əməl etməyən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək”.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşların müraciətlərinə operativ və obyektiv reaksiya vermək, əhalinin sağlamlığının qorunması və qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görür.
Qeyd edək ki, ötən il “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan G.Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılmışdı. Məlumata görə, özünü “Dr. Gülü” kimi təqdim edən G.Abdullayeva hazırda “Billur Estetik Mərkəz” adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. Burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda təşkil ediləcək - SİYAHI
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Texniki Universiteti bitirən Nigar Rüfət necə həkim olub?
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Kim plastik cərrah işləyə bilər?
Sabahdan Azərbaycanda bu qaydalar QÜVVƏYƏ MİNİR
Dövlət qurumu "Laser Beauty Estetik" klinikasını məhkəməyə verdi
Qanunsuz əməliyyat iddiaları: “Dr. Gülü” gizli pasiyent qəbul edir?
“SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu– FOTO
"Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
“İstanbul NS”də müəmmalı ölüm - Cinayət işi niyə açılmır?
Tanınmış həkimdən nazirliyə irad: "Gözümü açandan plastik cərraham, adım siyahıda yoxdur"
Nigar Rüfətin qanunsuz fəaliyyəti üzə çıxdı, amma pasiyent qəbul edir – Nazirlik niyə susur?!
“100 minə görə 4 balamı anasız qoyursunuz”-VİDEO 2026-06-28 , 20:40
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO 2026-06-28 , 20:38
Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu 2026-06-28 , 20:37
Vatikan da dözmədi, dözmədi, bu dəfəki növbəti İsaya! 2026-06-28 , 20:36
“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO 2026-06-28 , 20:35
AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış 2026-06-28 , 20:31
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani 2026-06-28 , 20:31
"Sənətə gəlişimi ona borcluyam" 2026-06-28 , 20:30
Rüfət Axundovun oğlu ilə "gilas" davası - VİDEO 2026-06-28 , 20:28
"İsa Həbibbəyli, bu görüntülərdən sonra istefa verib getməlisən!" – Qənirə Ataşdan sərt çağırış 2026-06-28 , 20:27
İsrail hökuməti “ erməni soyqırımı”na səs verdi 2026-06-28 , 20:19
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı 2026-06-28 , 20:16
Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur 2026-06-28 , 20:14
Masonların Bakıda gizli toplantısı: Kritik qərarlar verildi – FOTO 2026-06-28 , 20:13
Netanyahudan "erməni soyqırımı" ilə bağlı açıqlama: QƏTİ ŞƏKİLDƏ... 2026-06-28 , 20:12
Cəmi 4 avtobus var, onlar da qrafikə uyğun işləmir - Ceyranbatandan şikayət 2026-06-28 , 20:11
Leyla Əliyevadan paylaşım – VİDEO 2026-06-27 , 20:33
İsrailin “erməni soyqırımını tanımaq” təşəbbüsünə Ermənistandan şok cavab 2026-06-26 , 22:15
Anar Bağırovun sədrliyi ilə BDU-da magistrantların dissertasiyası müdafiə olunub - FOTO 2026-06-26 , 20:35
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı 2026-06-25 , 17:17
Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA 2026-06-25 , 17:15
Novxanı çimərliyində xəndək qalmaqalı - Səbəb bu imiş 2026-06-25 , 17:14
TƏBİB-dən Fərhad Mehdiyevə cavab 2026-06-25 , 17:13
Sumqayıtda real təhlükəyə çevrilən yataqxana 2026-06-25 , 17:12
Çinarə qızını göstərdi – VİDEO 2026-06-25 , 17:09
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Prezident səfiri geri çağırdı - Sərəncam 2026-06-25 , 17:01
FHN Aqşin Fatehin restoranını bağladı - Foto 2026-06-25 , 16:59
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - Fotolar 2026-06-25 , 16:56
İlham Əliyev 8 fərman imzaladı 2026-06-25 , 16:55
Prezident sərəncam imzaladı 2026-06-25 , 16:54
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO 2026-06-24 , 15:40
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - FOTO 2026-06-24 , 15:34
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ 2026-06-24 , 15:33
Sabah yağış yağacaq - axşam güclənəcək 2026-06-24 , 15:32
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı 2026-06-24 , 15:29
Mask trilyonçu statusunu itirdi 2026-06-24 , 15:28
“82 yaşım var, bu mənim son arzumdur” – Şeyx Əbdül 2026-06-24 , 15:26
Pediatrdan valideynlərə sərt xəbərdarlıq: “Uşaqlara qarpız verməyin” 2026-06-24 , 15:25
"Ürəyi 3 saat 40 dəqiqə döyündü" - Fərhad Mehdiyevdən tibbi xidmətə daha bir irad 2026-06-24 , 15:21
Sabah Aşuradır 2026-06-24 , 15:19
Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu 2026-06-24 , 15:18
Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq 2026-06-24 , 15:17
“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” - Nazir 2026-06-24 , 15:16
Şəxsi həyatı ilə bağlı suala əsəbiləşdi - Foto 2026-06-24 , 15:11
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır 2026-06-24 , 15:01
“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto 2026-06-24 , 14:59
Vəfat edən əsgərlə bağllı məhkəmə - ciddi səhlənkarlıq faktları açıqlandı 2026-06-24 , 14:56
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03