Azərbaycanda Milli Mətbuat Günüdür
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.
Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən, maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin dövlət təltifləri ilə mükafatlandırılması da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident İlham Əliyev 25 aprel 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
OXŞAR XƏBƏRLƏR

Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Milli mətbuatın yaranmasından 150 il ötür
İlham Əliyev müşavirə keçirdi
İlham Əliyev və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezidentdən media nümayəndələrinə müraciət
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
“Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib”
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Əliyevlə Merts mətbuata bəyanatlarla çıxış etdilər - Yenilənib+Fotolar
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTO 2026-07-22 , 15:16
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb 2026-07-22 , 15:13
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam 2026-07-22 , 15:10
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də" 2026-07-22 , 15:09
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - Hikmət Hacıyev 2026-07-22 , 15:08
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi 2026-07-22 , 15:06
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO 2026-07-22 , 15:02
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama 2026-07-22 , 14:58
“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi 2026-07-22 , 14:57
"Arzum" bu şərtlərlə azadlığa çıxdı 2026-07-22 , 13:40
“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları 2026-07-22 , 04:30
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir" 2026-07-21 , 23:52
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər 2026-07-21 , 23:50
Tramp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik” 2026-07-21 , 23:49
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı 2026-07-21 , 23:48
Elza Seyidcahan:"Avropada müğənnilər məni təkrarlayırlar" - VİDEO 2026-07-21 , 23:47
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 2026-07-21 , 23:41
AZZA-nın tortundan görün NƏ ÇIXDI - VİDEO 2026-07-21 , 23:41
Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 2026-07-21 , 23:40
Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO 2026-07-21 , 23:38
Prezidentin Almaniya səfərindən - Görüntülər 2026-07-21 , 23:35
Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı 2026-07-21 , 23:33
“Biz artıq buna nail olmuşuq” - Yenilənib 2026-07-21 , 23:29
"Nikosayağı"nın oğlu ilə paylaşımı - FOTO 2026-07-21 , 23:25
Bakıda oturub Azərbaycanı hədələyənlər – Udduğunuz HAVA da sizə HARAMDIR! 2026-07-21 , 23:24
"Onları çəkən Xəyalə idi, Gülbadəni biabır etmək istəyir" - "Dr. Gülü"nün həmin videosu ilə bağlı AÇIQLAMA 2026-07-21 , 23:23
Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR 2026-07-21 , 23:22
"Yayın günündə buranı su basıb, biabırçılıqdır" - VİDEO 2026-07-21 , 23:21
"Detoks çayları" ilə bağlı ŞOK XƏBƏRDARLIQ 2026-07-21 , 23:19
Nigarın şirkəti fəaliyyətini dayandırdı 2026-07-21 , 23:18
"Acı, şirin xatirələrimin olduğu, kirayədə qaldığım evdən köçürəm" - FOTO 2026-07-21 , 23:17
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva 2026-07-21 , 23:16
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” 2026-07-21 , 23:15
Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video 2026-07-21 , 23:14
Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - VİDEO 2026-07-21 , 23:13
Məclisdə Ramalı görəndə oxumaq istəmirəm - Brilliant Dadaşova 2026-07-21 , 23:11
Sevil-Sevincin müzakirə yaradan görüntüsü - VİDEO 2026-07-21 , 23:07
"3 ildir uşaqlarımızı çimizdirə bilmirik" - "Bağça Şəhər" camaatın suyunu KƏSİB? 2026-07-21 , 23:05
“Vital Hospital”dan ölü doğulan uşaqla bağlı açıqlama – “Başınız ağrıyacaq” 2026-07-21 , 23:04
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın 2026-07-21 , 23:03
"Vital hospital"da ölən körpəni zibil paketində zirzəmiyə atıblar? - VİDEO 2026-07-21 , 23:02
“Ölü yiyəsi dedi ki...” - Kimsəsizlərin məzarlarını təmizləyən gənc - VİDEO 2026-07-21 , 23:01
Nigar Fərhad haradadır? 2026-07-21 , 23:00
Hikmət Hacıyev dərin və məntiqli cavabı ilə xain blogeri belə susdurdu-VİDEO 2026-07-21 , 18:58
“Burada hər hansı problem yoxdur” 2026-07-21 , 16:40
“Bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir” - Yenilənib 2026-07-21 , 16:30