Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Vital Hospital”dan ölü doğulan uşaqla bağlı açıqlama – “Başınız ağrıyacaq”

“Vital Hospital”dan ölü doğulan uşaqla bağlı açıqlama – “Başınız ağrıyacaq”

“Vital Hospital”dan ölü doğulan uşaqla bağlı açıqlama – “Başınız ağrıyacaq”
2026-07-21 , 23:04

"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Yenilik.asz Bizim.Media-a istinadla xəbər verir ki, məsələ ilə bağlı “Vital Hospital”-ın direktoru Afaq Məcidova yayılan videoları şantaj olaraq adlandırıb:

"O videolar yalandır, şantajdır. Biz Daxili İşlər Nazirliyinə xəbər vermişik. Bu haqda Nazirliyin cinayət-axtarış söbəsi bu gündən icraata başlayıb, tədbir görüləcək. Bu, yanlış məlumatdır, paylaşsanız, başınız ağrıyacaq", - deyə direktor çox aqressiv şəkildə cavab verib.

Xatırladaq ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən də araşdırma başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.