Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO

Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO

Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO
2026-07-21 , 23:38

Mina Hüseyn "Fərqi yox" mahnısının klip çəkilişindən görüntülər paylaşıb. 

"Yeni Sabah" xəbər verir ki, klip ötən ay yayımlansa da, Minanın "TikTok"dakı paylaşımı bir neçə gündür viral olub.
İfaçı videoda ağ rəngli qısa, tüllü libasda və dikdaban ayaqqabıda kamera qarşısına keçib.
Kadrlarda Mina Hüseyn nəhəng panda fiqurunun önündə rəqs edir.
Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi müğənninin səhnə obrazını bəyənsə də, digərləri geyimini və ümumi görünüşünü tənqid edib.
Şərhlərdə "Bu geyim uğurlu seçim olmayıb", "Obraz uğursuz alınıb, artıq kilolarınız çoxdur", "Libas bədən quruluşuna uyğun deyil" kimi fikirlər səsləndirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.