Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Türkanın bu görüntüləri müzakirələr yaratdı - VİDEO

Türkanın bu görüntüləri müzakirələr yaratdı - VİDEO

Türkanın bu görüntüləri müzakirələr yaratdı - VİDEO
2025-12-07 , 13:28

Müğənni Türkan Vəlizadə sosial şəbəkədə yeni paylaşımı ilə diqqət çəkib.
Sənətçi bu dəfə makiyajsız görüntüsünü izləyiciləri ilə bölüşüb.
Paylaşımda Türkanın Xalq artisti Eyyub Yaqubovun həzin mahnısının sədaları altında özünü videoya çəkdiyi görünür. Təbii halını nümayiş etdirən ifaçının videosu maraq yaradıb.
İzləyicilərin bir qismi müğənninin makiyajsız görünüşünü təbii adlandırsa da, digərləri onu tanımaqda çətinlik çəkdiklərini bildirib. Bu səbəbdən görüntü sosial şəbəkədə müxtəlif şərhlərə və geniş müzakirələrə yol açıb.
Türkan Vəlizadənin paylaşımı qısa zamanda minlərlə baxış toplayaraq gündəmə çevrilib./Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.